{category-title}

Buraxılış imtahanı verənlərin DİQQƏTİNƏ! - Elektron ərizədə BU QEYDİ aparmalı idilər

 

Ali məktəblərə qəbulla bağlı tətbiq olunan yeni model ictimaiyyət tərəfindən geniş müzakirələrə səbəb oldu.

Təhsil üzrə ekspert Kamran Əsədov Redaktor.az-a müsahibəsində yeni modellə bağlı abituriyentləri maraqlandıran bəzi suallara cavab verib:

- Buraxılış imtahanında maksimal bal 300-dür. Minimal bal limiti nə qədərdir?

- Ötən illərin qəbul qaydalarına görə, ixtisas seçimində hər hansı bir imtahan fənni istisna olmaqla, qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərdilər. Bu il isə abituriyentlər üçün imtahan fənləri üzrə nisbi bal məhdudiyyəti, yəni hər hansı fənn üzrə minimal balın toplanılması şərti qoyulmayıb. Builki qəbul qaydalarının ümumi şərtlərinə əsasən, abituriyentin imtahanın birinci (buraxılış imtahanı mərhələsində maksimal 300 bal) və ikinci mərhələsində (maksimal 400 bal) topladığı minimal balın ümumi həddi 200 olmalıdır. Abituriyent üçün imtahanın birinci mərhələsində minimal balla bağlı tələb qoyulmasa da, onun ikinci mərhələdə topladığı bal 100-dən az olmamalıdır. Yəni, imtahanın birinci mərhələsində maksimum bal 300, hər fənn üzrə 100, minimum bal isə 0 baldır. Birinci mərhələdə toplanan baldan asılı olmayaraq, hər kəs ikinci mərhələyə buraxılır.

- Buraxılış imtahanında az bal yığan abituriyentlərin hər biri qəbul imtahanında iştirak edə bilərmi?

- Yeni qaydalara əsasən, abituriyent buraxılış imtahanında 80 bal toplayıbsa, ikinci mərhələ imtahanında minimal olaraq 120 bal toplamalıdır ki, müsabiqədə iştirak edə bilsin. Çünki müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Əvvəllər nisbi balla qoyulmuş tələblər, eyni zamanda, nisbi bal sıfır olduqda, müsabiqədə iştirak edə bilməməklə bağlı qoyulan məhdudiyyətlər indi yoxdur.

Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarına qəbul olmaq üçün abituriyentin xarici dil fənnindən (buraxılış imtahanında) topladığı nisbi bal 40 olmalıdır. Dövlət ali təhsil müəssisələrinin “Tərcümə" (dillər üzrə) ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 30-dan az olmayan abituriyentlər buraxılacaqlar. Abituriyent dövlət ali məktəblərinin tədrisi ingilis dilində olmayan ixtisaslarına sənəd vermədikdə, nisbi bal məhdudiyyəti qoyulmayacaq.

- Buraxılış imtahanından normal bal yığan abituriyent qəbul imtahanında iştirak etmək istəmirsə, yığdığı balla kollecə və ya hansısa peşə məktəbinə qəbul ola bilərmi?

- İlk növbədə qeyd edim ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd (attestat və ya diplom) almış şəxslər malikdirlər. Bunun üçün IX sinif şagirdləri mart ayında, XI sinif şagirdləri aprel ayının 7-si, 14-ü və 21-i, əvvəlki illərdə orta məktəbi bitirənlər isə 28 apreldə imtahanda iştirak edib, minimum 60 bal toplamalı idilər. Bundan əlavə isə onlar kolleclərə qəbul olmaq istəkləri ilə bağlı elektron ərizədə qeyd aparmalı idilər.

- Buraxılış imtahanında yığdığı balla kifayətlənmək istəyən abituriyentə hansısa sənəd verilirmi? Məsələn, attestat kimi..

- Buraxılış imtahanlarının nəticəsi ilə abituriyentlər yalnız orta ixtisas təhsili müəssisələrinə, eyni zamanda, V ixtisas üzrə qabiliyyət tələb edən ixtisaslardan ali məktəblərə qəbul ola bilərlər. Bunun üçün yanlız buraxılış imtahanlarının nəticəsi yetərlidir, əlavə heç bir sənədə ehtiyac yoxdur.

Qeyd edək ki, bu il ilk dəfə olaraq ali məktəblərə qəbul olmaq istəyən məzunlar iki mərhələli – buraxılış və qəbul imtahanlarında iştirak edəcəklər. 

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər