pressxeber.info
pressxeber.info

İmişlidə bu məmur işçilərin haqqını yeyir... - İTTİHAM

22 dəfə baxılıb 24-05-2019, 12:21

İmişlidə bu məmur işçilərin haqqını yeyir... - İTTİHAM

 

 

İmişli Mədəniyyət və Turizm idarəsi hələ 2015-ci ildə medianın gündəminə bu dövlət müəssisəsinə rəhbərlik edən Süleyman Bəşirovun maliyyə maxinasiyaları ilə gəldi. 2015-ci ildə Mədəniyyət və Turizm nazirliyindəki kollegiyanın nəticəsi olaraq İmişli Mədəniyyət və Turizm idarəsinin müdiri Süleyman Bəşirov nazirin müvafiq qərarı ilə vəzifədən azad edildi. Bir müddət sonra isə S.Bəşirovala bağlı işində yol verdiyi ciddi nöqsanlarla əlaqədar cinayət işi başlanıldı. Xatırladq ki, cinayət işi uzun müddət davam etsə də, mediaya məhkəmə araşdırmasının sonusu ilə bağlı hər hansı məlumat verilmədi. Bu hadisədən sonra nazirliyin təşəbbüsü ilə regional idarələr yarandı. İmişli rayon Mədəniyyət və Turizm idarəsi Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeçiliyinə verildi. 
Ötən gün İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumatda bildirilir ki, hal-hazırda da bu qurumda yenə də mənimsəmə hallarına yol verilir. Mənbənin bildirdiyinə görə Nazim Əzimovun rəhbərlik etdiyi idarədə II və III qrup əlillərdə çalışırlar. Müvafiq qanunvericiliyə görə bu cür şəxslərə əmək haqqının 15-20%-i miqdarında əlavə vəsait verilməlidir. Lakin adının çəkilməsini istəməyən işçilərdən birinin verdiyi məlumata görə o artıq bir neçə ildir İmişli Mədəniyyət və Turizm idarəsində işləsə də, bu vəsaiti hələ ki, almayıb. Məsələyə aydınlıq gətirmək məqsədilə MTİ-nin baş mühasibi Elşən müəllimlə əlaqə saxlanıldı. Elşən müəllim “mənim həmin vəsaitin son taleyi ilə bağlı hər hansı məlumatım yoxdur” – deyə bildirdi. Necə ola bilər ki, bir dövlət müəssisəsinin maliyyə işlərindən sorumlu olan şəxs əlilin əmək haqqına edilməli olan əlavənin son taleyindən xəbərsiz olsun? Oxucuların diqqətinə onu da çatdıraq ki, Kürdəmir Regional Mədəniyyət idarəsinə Elman Məmmədov rəhbərlik edir. Və cənab Məmmədovun nəzərinə onu da çatdırmağı özümüzə borc bilirik ki, Nazim Əzimov mütəmadi olaraq işçilərinə “öz hesabınıza məzuniyyətə çıxın” – deyə də təzyiq edir. Sual olunur bəyəm məzuniyyət müvafiq qaydalara uyğun olaraq tənzimlənmirmi? Əgər belədirsə bəs bu istəyin səbəbi nədir cənab Əzimov? Suala Elman Məmmədovda cavab verə bilər. 
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, mövqeylərini dərc etməyə hazırdı.
 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi