{category-title}

Gömrük fəlsəfəsinin dəyişməsinə ehtiyac var... - Əks halda...

 

Azərbaycanda gömrük rüsumlarının yüksək olması daxili bazarda bahalaşmanın əsas səbəblərindən biri kimi göstərilir. 

Məlumdur ki, daxili tələbatın 80 faizi idxal məhsullarının hesabına təmin olunur. Yerli istehsalın az olması, bununla yanaşı, istehsal sahələrində də idxal mallarından istifadə olunması məhsulun maya dəyərini artırır. İdxal mallarının qiymətindəki bahalaşma isə gömrük rüsumlarımın yüksək olmasından, ƏDV və digər vergi tətbiqindən asılıdır. Daxili bazarda baş verən mövcud bahalaşma gömrük rüsumlarımı bir daha gündəmə gətirir. 

Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsi 15 pilləsi rüsum siyasətindən istifadə edir. Bu isə beynəlxalq təcrübədə qəbul edilməyən mexanizmdir. Məsələn, Gömrük Komitəsi 1000 manatlıq bir məhsulun rəsmiləşdirməsini sıfır manata da, 150 manata da apara bilər. Yəni hazırda gömrükdə 0-15 faizli rüsum sistemi mövcuddur. Bu məsələnin qanunvericiliklə tənzimləndiyini nəzərə alsaq, sözügedən məsələyə yenidən baxılmasına ehtiyac yaranır. Təklif olunur ki, gömrük rüsumunda tətbiq olunan 15 pilləli faiz sistemi 3 pilləli rüsumla əvəzlənsin. Bu, daxili bazarda baş verən bahalaşmanın qarşısını almaq üçün ən optimal variant hesab olunur. Digər tərəfdən daxili istehsalı olmayan məhsulların gömrük rüsumundan, ümumiyyətlə azad olunması da təklif olunur. Bu mexanizmdən bir çox dünya ölkələrində istifadə olunur. Gömrüyün fəlsəfəsi daxili bazarı qorumaqdır. Beynəlxalq təcrübədən çıxış etsək, bir sıra ölkələrdə gömrük rüsumları Azərbaycanla müqayisədə daha yüksəkdir. Məsələn, buna Türkiyəni misal göstərmək olar. Türkiyədə idxal olunan avtomobillərə görə 35-45 faizli rüsum tələb olunur. Amma bu Türkiyənin yerli avtomobil bazarını qorumağa hesablanmış addımdır. Türkiyədə digər, xüsusilə də yerli istehsalı olmayan məhsullara isə çox cüzi rüsum tətbiq olunur ki, bu da qiymətlərin normadan artıq bahalaşmasının qarşısını alır. Azərbaycanda isə gömrük rüsumları bütün məhsullara eyni qaydada, 0-15 pilləli rüsum tətbiq olunur. Təkliflərdən biri də bir sıra sosial əhəmiyyətli məhsulların gömrük rüsumundan azad olunmasıdır. 

İqtisadçı-ekspert Natiq Cəfərli də "Cümhuriyət" qəzetinə şərhində Azərbaycanda gömrük fəlsəfəsinin dəyişməsinə ehtiyac olduğunu deyib. Natiq Cəfərli də gömrükdə üç pilləli rüsum mexanizminə keçidi təklif edir:

"Dəfələrlə bununla bağlı müxtəlif təkliflər olub. Əslində, Azərbaycanda gömrük fəlsəfəsinin dəyişməsinə ehtiyac var. Dünyada bir sıra məhsullar var ki, vergi və gömrük rüsumları tətbiq olunarkən onların sosial mahiyyət daşıdığı nəzərə alınır. Azərbaycanda da belə bir yanaşmaya ehtiyac yaranıb. Çünki məhsulların istehsalının az olması ilə paralel olaraq sosial yönümlü məhsulların da rüsumlardan tamamilə azad olunması və ya çox cüzi rüsuma cəlb olunması məsələsi bu gün aktualdır. 

Bu, dərman preparatları olmalıdır, çünki yerli istehsal yoxdur. Eyni zamanda uşaq yeməkləri, geyimləri, əlillər üçün avadanlıqlar, tibbi ləvazimatlar və digər bir çox məhsullara tətbiq olunmalıdır. Çünki bu, həm də sosial duruma aid olan məsələdir. Digər tərəfdən təkcə ölkədə istehsal olunmayan mallara görə, rüsumun azaldılması yetərli deyil. Ümumiyyətlə gömrükdə çoxpilləli rüsum tətbiqi doğru yanaşma deyil. Çünki burada insan faktorunun rolu artır. Gömrük məmurlarının təsnifatının rolu, rüsumların təyin olunmasında vacibliyi önə çıxır. Bu anlamda elə bir qaydalar tətbiq etmək lazımdır ki, məhsul qruplarının kodlaşdırılması öncədən aparılsın və iş adamlarının da bundan xəbəri olsun. İş adamı bilməlidir ki, ölkəyə hansı məhsulu gətirsə, nə qədər rüsum ödəməlidir".

Natiq Cəfərli təklif edib ki, gömrük rüsumu 15 pilləli deyil, ən yaxşı halda 3 pilləli ola bilər:

"Yəni gömrük rüsumunun 0, 5 və 10 faizdən artıq olması doğru deyil. Belə bir üçpilləli sistemə keçməklə, gömrükdə şəffaflığın artırılmasına, insan amilindən asılılıq faktlarının minimuma endirilməsinə imkan yarana bilər”. 

Son xəbərlər

Azərbaycanda zəlzələ oldu

Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL

ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL

Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Prezident Rusiyadadır

Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi

Rafiq Quliyev deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək

BƏƏ Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır

Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq

Sorğu: Müstəqil namizədlər Trampın seçki yarışında Baydeni ötməsinə mane olur

Danimarkada hava limanı təxliyə olundu: bomba təhlükəsi...

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

İraqın baş naziri: Ərazilərimizdən Türkiyəyə hücumlar üçün istifadə edilməsinə imkan verməyəcəyik

Türkiyə XİN: Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər

Bütün xəbərlər