{category-title}

"Qardaşım zəng edib dedi ki..." – Anasından sonra özünün öləcəyini bilən mərhum aparıcının BİBİSİ

 

ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum aparıcı və aktyor Kamran İsrafilovun həyatından danışılıb.

Aparıcının qohumları və ailə üzvləri onunla bağlı xatirələrini bölüşüb:

Sona Mərdəliyeva – bibisi: “Kök bir uşaq idi, həm də çox şirin. Yeməyi çox sevərdi, gecələr ayılıb ağlayardı. Həmişə yemək davası döyərdi ki, yemək istəyirəm. Mən onlarda çox olurdum. Atası, anası ona yemək vermək istəmirdi, çünki çox kökəlirdi. Mənə bir dəfə zəng etdi ki, anam ölüb gəl. Anasına sistem filan qoşdular. Sonra mənə dedi ki, sənə bir söz deyim. Anam ölsə, mən ölərəm. Mən də dedim ki, anan da mən də öləcəm. Ölüm vaxtı çatıbsa biz öləcəyik, sən hələ cavansan. Sənin bu sözünü heç sevmədim. Atası rəhmətə gedəndə xəstəxanada yerdə oturub başına-başına döydüyünü gördüm. Uşaq kimi ağlayırdı. Qradaşımın gəlini zəng etdi və dedi ki, bibi, bilirsən Kamran yıxılıb? Onların evində təmir gedirdi, ağlıma elə gəldi ki, nəyinsə üstünə çıxıb yıxılıb. Üstündən 3 dəqiqə keçdi, qardaşım zəng etdi, dedi ki, bilirsən Kamran ölübe... Məhv etdi bizi... Qapının ağzına gələnə kimi hələ də inanmırdım ki, niyə ölsün axı? ”

Şölə İsrafilova – Qohumu: “Onun haqqında keçmişdən danışmağı istəmirəm. Mənim ürəyim, beynim hələ də qəbul etməyib ki, o yoxdur. İndiyə qədər nömrəsini telefonumdan silə bilməmişəm. Özümə söz vermişdim ki, ağlamıyacam, gülə-gülə xatırlayacam onu. Amma içimdə o qədər boşluq var ki... Həkimlər ölüm diaqnozu kimi, beyninə qan sızma dedilər. Çox darıxıram...”

Cəbrayıl İsrafilov – Əmisi: “Kamran gözümün qabağında böyüyüb. Baxmayaraq ki, o artıq yekə kişi idi, ailə sahibi idi, biz uşaqlıqdan ona “Kam-kam” deyirdik, elə böyüyəndə də “Kam-kam” dedik. Həmişə bir şey deyirdi: mən uşaqlarla məşğul oluram, uşaqlarla məşğul olan adamların ömrü çox az olur. İndiyədək anlaya bilmirəm ki, içində çox problem ola, amma sən bunu heç kimlə bölüşməyəsən. İçində məxfi və əsasən maadiyyat problemləri var idi. Atasının qəfil dünyasını dəyişməsi ona zərbə oldu”.

Cavid İsrafilov – Qardaşı: “Ölüm xəbərini anamdan gözləyirdim, çünki doğurdan da onun halı heç yaxşı deyildi. Zəng gələndə hətda soruşdum ki, bəlkə anama nəsə olub? Dedilər yox belə. İndiyədək halım çox pisdir. İnciyirdim ki, məni niyə qoyub getdin. Darıxıram. Təsəvvür edin bu evdə 4 nəfərlik ailə var idi, indi gəlirsən ki, heç kim yoxdur”.

<embed width="600" height="340" src="//izle.az/embed/70925" frameborder="0" allowfullscreen><embed>

Son xəbərlər

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

Bütün xəbərlər