{category-title}

“Ege Hospital”da YENİ BÖHRAN - Türkiyəli həkimlər Azərbaycanı tərk edir

 Bakıda fəaliyyət göstərən məşhur "Ege” Hospitalda rəhbərliklə həkimlər arasında yeni böhran yaşanır. 

Bu barədə Bakupost.az-a daxil olan məlumatda bildirilir ki, ötən il təmtəraqlı şəkildə rebrendinq edən və adını "Grand” Hopsitaldan "Ege” Hospitala dəyişən xəstəxanada işləyən türkiyəli həkimlər Azərbaycanı tərk etməyə başlayıb. 

Bildirilir ki, bir il əvvəl böyük ümidlərlə adını dəyişən və demək olar, bütün yerli kollektivi qalmaqallı şəkildə işdən qovaraq xəstəxanaya türkiyəli mütəxəssisləri dəvət edən rəhbərlik, reklam kampaniyalarına böyük büdcələr ayırsa da, gözlədikləri nəticələri ala bilməyiblər. 

Adının "Grand” Hopsital olduğu dönəmdə müəmmalı ölüm faktlarının ardıcıl şəkildə ictimailəşdiyi xəstəxana bu mənfi reputasiyasını tamamilə unutdurmaq üçün inqilabi addım atmış, xəstəxananın adını dəyişmiş, onlarla azərbaycanlı həkimi işdən heç bir xəbərdarlıq etmədən bir həftənin içərisində işdən uzaqlaşdırəb, onların yerinə Türkiyədən mütəxəssislər dəvət etmişdi. Bu dəyişimlə eyni zamanda da böyük bir reklam kampaniyasına start verən, hətta tanınmış aparıcı Hacı Nuranı belə qalmaqallı formada özlərinin reklam simasına çevirən xəstəxana rəhbərliyinin ümidləri isə özünü doğrultmayıb. 
Əldə etdiyimiz məlumata görə, xəstəxanada işləyən türkiyəli həkimlərin Azərbaycanda işləmək icazə almaqda çətinliklər yaşaması və zaman-zaman rəhbərliklə yaşadıqları maliyyə problemləri onları ölkələrinə qayıtmağa sövq edib. 

Türkiyəli həkimlərin ölkələrinə qayıtmaqlarının bir səbəbi kimi də onlara verilən böyük vədlərin yerinə yetirilməməsi göstərilir. Bildirilir ki, xəstəxananın rəhbərliyi həkimlərə yüksək maaşlar vəd edib Azərbaycana dəvət etsə də, bir müddət sonra bu vədlərini yerinə yetirməkdə çətinlik çəkməyə başlayıblar. Bunun səbəbi kimi isə klinikadakı fantastik qiymətlər göstərilir. Bildirilir ki, Azərbaycan standartlarında həddən artıq yüksək qiymətlərin təklif edildiyi bu xəstəxanada müraciət edənlərin sayı da xəstəxana rəhbərliyinin gözlədiyi qədər olmayıb. Buna görə də bir müddət sonra maliyyə problemləri yaşanmağa başlayıb. 

Mənbəmiz onu da əlavə edir ki, "Ege” Hopsitalın rəhbərliyi artıq büdcələrini kiçilməklə bağlı addımlar atmağa başlayıb. Bildirilir ki, xəstəxana türkiyəli həkimlərin böyük əksəriyyəti ilə vidalaşıb, lakin türkiyəli həkimlərin hamısı göndərilməyib. Yenidən ad dəyişikliyinə getməmək üçün türkiyəli bəzi həkimlərlə xəstəxanada işləməyə davam edəcək. Onlarla paralel şəkildə yerli həkimlər də xəstəxanaya cəlb edilir.
 

Son xəbərlər

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Bütün xəbərlər