{category-title}

"Səfər Mehdiyevə onlayn məktub yazmışıq..." - GİLEY

 

13.04.2019 tarixində Bağırov Cəmaləddin Nüsrət oğlu Rusiya Federasiyasından Azərbaycana dərmanlar gətirib.

Dərmanlar Qırmızı Körpü Gömrük Postunda 40 gün müddətinə müvəqqəti saxlanca götürülüb. Artıq müddətin bitməsinə bir neçə gün qalmasına baxmayaraq, Bağırov Cəmaləddin Nüsrət oğlu dərmanları geri ala bilmir.
Problemlə bağlı “Yeni Sabah”a müraciət edən şikayətçi bildirib ki, dəfələrlə komitəyə gedib gəlsə də, məlumat verilmir, süründürməçiliyə yol verilir:

“Yalandan “rəis yoxdur” bəhanəsi və ya başqa səbəblərlə vaxt qazanmaq istəyirlər. Bilirlər ki, vətəndaş gəlib orda günlərlə otura bilməz, maaşa işləyən adamlarıq. Bilərək belə edirlər ki, mal bunlara qalsın və sonradan satışı ilə məşğul olsunlar.

Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Məcidov Ramil Abbas oğluna, həmçinin Heydər Əliyev Fondunun nəzdində "Regional İnkişaf" İctimai Birliyinə qaynar xəttinə zəng etmişik. Amma gömrük işlərinə baxan adam məsələyə soyuq yanaşdı.

Eyni zamanda Səfər Mehdiyevə onlayn məktub yazmışıq. Lakin hər hansı işə yaramır. Belə başa düşürəm ki, həyasızlıq etmək lazımdır – “özümü yandıracam, öldürəcəm” deməmiş məsələ düzələn deyil. Bundan qabaqkı sədrin dövründə belə şeylər yox idi. Səfər Mehdiyev sədrlik edəndən bəri bu cür problemlər yaşanır. Sadəcə evdəki xəstə adama dərman gətirirdim. Həmin dərmana icazə yoxdursa, deyin olmaz, geri qaytaraq. Bunlar isə zaman qazanmaq istəyirlər. Hər gün fərqli bəhanələr irəli sürürlər.

Qeyd edim ki, gətirdiyim dərman ölkədə yoxdur, ona görə Rusiyaya getdim. Gömrük Komitəsi öz verdikləri sənədə, kağıza belə şübhə ilə baxırlar. Prezident İlham Əliyev dəfələrlə keçirdiyi iclaslarda məmurlara, yüksək vəzifəli şəxslərə vətəndaşları incitməməklə bağlı göstərişlər versə də, bu, tətbiq olunmur”.(“Yeni Sabah”)
"Səfər Mehdiyevə onlayn məktub yazmışıq..." - GİLEY

Son xəbərlər

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

Bütün xəbərlər