{category-title}

“KredAqro” prezidentin fərmanına məhəl qoymur: - Vətəndaşdan faiz və dəbbə pulu tələb edilir

 “KredAqro” bank olmayan kredit təşkilatı prezident fərmanı ilə hesablanaraq bizə ödənmiş kompensasiyanı bizdən geri istəyir.

Belə bir şikayətlə AFN-in redaksiyasına Tovuz rayon sakini Novruzov Səbuhi müraciət edib. Onun sözlərinə görə, adıçəkilən BOKT-dan 2015-ci ildə götürdüyü krediti bu ilin fevralında prezidentin məlum fərmanınadək ödəməkdə davam edib: “Maliyyə Bazarlarına Nəzarət Palatasının hazırladığı sistemdə adımızı axtaranda məlum oldu ki, bizə 4 min manatdan çox kompensasiya hesablanıb. Ondan sonra ödənişi dayandırdır. Mayın 1-dən etibarən kompensasiyalar verilməyə başlayanda yaxınlaşıb müvafiq qurumdan kartımızı götürdük və bizə düşən kompensasiyanı çıxartdıq. Lakin bir neçə gündən sonra evimizə “KredAqro”nun Tovuz flialından məktub daxil oldu. Flial müdiri A.Qurbanovun imzası ilə göndərilən xəbərdarlıq məktubunda bildirilir ki, “razılaşmanın (bizimlə bağlnana müqavilənin) şərtlərinə əsasən öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmamasına görə bağışlanması nəzərdə tutulmuş bütün faiz məbləği və dəbbə pulu (02.05.2019-cu il tarixinə 3562 ABŞ dolları faiz və 554 ABŞ dolları dəbbə məbləği) sizdən tələb olunacaqdır”.
Biz çaşıb qalmışıq, prezident fərmanı ilə silinməli olan dəbbə və faiz bizdən necə tələb oluna bilər? Dost-tanış məsləhət görür ki, BOKT-a heç nə qaytarmayaq, çünki bu qanunsuz tələbdir. Əgər bizə kompensasiya veriləsi deyildisə o zaman niyə palatanın saytında adımıza yazılırdı, niyə kartımıza yüklənirdi o məbləğ? Verilibsə biz onu niyə qaytarmalıyıq? Biz onsuz da 2015-ci ildə götürdüyümüz 5730 ABŞ dolları məbləğində krediti artıqlaması ilə ödədiyimizi bilirdik, kompensasiya məsələsi dəqiqləşəndə bizim də o siyahıda olacağımızı təxmin edirdik. Amma “KredAqro”dan ard-arda gələn məktublar bizi çaşdırıb”.
Məsələ ilə bağlı “KredAqro”ya müraciət etsək də, sorğumuza cavab verilmədi. Belə ki, BOKT-un Ramal adlı kollektoru(?) ilə danışdıqdan sonra o, məsələni araşdırıb bizimlə əlaqə saxlayacağını desə də, heç bir əlaqə saxlamadı. Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinə ünvanladığımız sorğu da həmçinin cavabsız qaldı. Ümid edirik ki, Palata və digər aidiyyatı qurumlar məsələ ilə bağlı müvafiq araşdırmanı aparıb rəylərini bildirəcəklər. Əks halda, bankların və BOKT-ların yerlərdə vətəndaşları aldadıb onlara verilən kompensasiyaları əllərindən alacağı şübhə doğurmur.

Son xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq

Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Bütün xəbərlər