pressxeber.info
pressxeber.info

Vitse-spikerdən AzTV haqqında gözlənilməz sözlər: "Sonra anladım ki, səhv etməmişəm..."

9 dəfə baxılıb 15-05-2019, 14:27

Vitse-spikerdən AzTV haqqında gözlənilməz sözlər: "Sonra anladım ki, səhv etməmişəm..."

 Parlamentin sədr müavini Bahar Muradova sosial şəbəkədə AzTV-nin yeni rəhbərliyinin dönəmində telekanalın verilişlərinin baxımlı olduğu barədə öz təəssüratlarını qələmə alıb. Musavat.com statusu təqdim edir.
***
Bu gün işə lap erkən gəlmişdim. Saat 8- i təzəcə kecmişdi. İlk olaraq televizoru yandırdım.
Hər zamankı kimi AzTV- ni secdım. Əvvəl mənə elə gəldi ki, hansısa başqa bir kanaldır. Amma tanış üzləri və səsləri gördükdən sonra anladım ki, səhv etməmişəm, bu doğurdan da bizim doğma kanalımızdır. Tamamilə yenilənmiş səhər studiyasındakı müasir dizayn, musiqi tərtibatı, aparıcıların əhvali-ruhiyyəsi, geyimi, davranışı, rənglər bir sözlə hər şey göz oxşayırdı. Qonaqla söhbət ücün secilmiş mövzu da aktual idi. 15 may beynəlxalq" Ailə günü"nə həsr olunmuş müzakirələri sonadək izlədim.
Ardınca "Cün başladı" proqramı diqqətimi cəkdi. Hər zaman görmək istədiyim və insan əhvalına gözəl təsir edən bir rəngarənglik var idi. Məncə, hər şey günə yaxşı başlamaq üçün gözəl düşünülmüş və əla yerinə yetirilməkdə idi.
Sözün doğrusu vox sevindim. Hər zaman ekran və efir məkanımız üçün örnək, yeni media quruluşlarımız üçünsə əsil məktəb rolunu oynayan ana televiziyamızın mahiyyətinə uyğun yeni və müasir forma kəsb etməsinə ürəkdən şad oldum. Ölkəmizin inkişaf ahənginə daha dinamik şəkildə qoşulan, getdikcə daha baxımlı, məzmunlu verilişlərlə tamaşacıların zövqünü və tələbatını ödəmək imkanlarını genişləndirən, eyni zamanda milli adət və dəyərlətimizə sadiqliyi ilə secilən, ailəvi olaraq rahat izlədiyimiz doğma kanalımızı, onun yaradıcı kollektivini bu nəzərəcarpan uğurlarına görə alqışlayır, daha kreativ, yeniliklərə daha acıq olmalarını arzulayıram.
Bahar Muradova, Milli Məclis sədrinin müavini
Musavat.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Mayıs 2019    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi