{category-title}

“Ay Hacıbala, sənə 1000 manat verdim, sonra 5000 manat istədin” - Xətaidəki ağac QALMAQALI

 

Məlum olduğu kimi, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı böyük ictimai qalmaqala səbəb olub.

Hadisə cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrətəli Temirov (ərazi onun adına oğlu Rüstəm Temirov tərəfindən rəsmiləşdirilib) barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Adı çəkilən mülkiyyətçi Rüstəm Temirov isə Modern.az-a açıqlamasında ittihamlarla razılaşmayıb:

“Özüm Moskvada, İngiltərədə oxumuş insanam, Dövlət İqtisad Universitetini bitirmişəm. İngiltərədə qalmaq şansım ola-ola vətənə qayıtmışam. Mən həmişə bu dövlət üçün çalışmışam, indi də çalışıram. Həmişə atdığım addımların qanun çərçivəsində olmasına diqqət edirəm, başqa cür ola da bilməz. Mən dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşovun qəbulunda olmuşam. Onlara ünvanladığım suallara cavab verə bilmirlər.

Nəzərinizə çatdırım ki, 2012-ci ildə Ukrayna dairəsinin yaxınlığında mənim 24 sot çıxarışlı sənədi olan torpaq sahəm vardı. Məndən xahiş edildi və həmin torpağı dövlət fonduna verim. Həmin yerdə hərbçilər üçün bina tikilib. Düşündüm ki, dövlət üçün lazımdırsa, mən bunu etməliyəm. Məhəmməd Hadi küçəsi, 93/99 ünvanındakı torpaq da onun əvəzinə mənə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilib. Niyə mən qanuni mülkiyyətçisi olduğum torpaqla bağlı problem yaşamalıyam?! Mən istəyirəm ki, hər şey halallıqla olsun. Amma baxıram ki, elə ən böyük haqsızlığı, haramlığı mənə qarşı edirlər. Məni şantaj edirdilər ki, jurnalistləri çağırıb ağacları kəsdiyini deyəcəyik. Mən bütün bunlar ola bilər deyə, foto və videoçəkilişlər aparmışam. Orada Hacıbala kişi deyib ki, ərazidə 200 ağac bir gecədə kəsilib.

Ömür boyu 24 sot torpaqda 200 ağac olmayıb. Ay Hacıbala kişi, sənə 1000 manat verdim, sonra sən 5000 manat istədin. Verməyəndə də belə haqsızlığa əl atdınız. Olmaz belə!”.

R.Temirov vətəndaş olaraq hüquqlarının tapdandığını bildirib:

“Nazirliyin bu addımı tam qanunsuzdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində qeyd edilib ki, vətəndaşların mülkiyyəti toxunulmazdır, dövlət tərəfindən qorunur və müdafiə olunur. Bəs mənim hüquqlarım niyə qorunmur?!

Ağac kəsmək cinayət işi deyil ki, bununla bağlı materiallar Baş Prokurorluğa göndərilib.

Nazirlər Kabinetinin 321 saylı qərarı var. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi İradə İbrahimova hələ 2018-ci ildə jurnalistlərin “mülkiyyətçilər ağacları kəsə bilərmi” sualını cavablandırarkın deyib ki, “əgər həyətyanı bağ sahəsinin resyterdən çıxarışı varsa, ağac vətəndaş tərəfindən kəsilə bilər. Reyster çıxarışı yoxdursa, ağac kəsilməsi qanunevricilikdə qadağandır”.

Onun sözlərinə görə, ərazidə ikimərtəbəli obyekt tikdirməyi planlaşdırıb:

“Mən bina tikən deyiləm. Mənim torpaq sahəm tən ortadadır, sağdan da soldan da binaya 40 metr var. Yəni bunun heç kimə maneəsi yoxdur. Mən orada futbol meydanı tikmək istəyirəm”.

Qanunun onun tərəfində olduğunu iddia edən mülkiyyətçi deyib ki, proses bu həftə ərzində yekulaşmalıdır:

“Ərazidə cəmi 3-4 şam ağacı vardı, o da yerində qalıb. Mən bütün sağlam meyvə ağaclarını sakinlərin iştirakı ilə köçürmüşəm. Sonadan “biri dedi “3 ağac əkmişəm pulumu ver”, biri dedi “5 ağac əkmişəm, pulumu ver”, o biri dedi “2 ağac əkmişəm, illərdir ona qulluq edirəm pulumu ver”. Mən onlara izah etdim ki, ərazi mənim şəxsi mülkiyyətimdədir, heç kimin məndən pul tələb etmək haqqı yoxdur. Mən özüm halal adamam, mərdiməzarlıq edən deyiləm. Bununla belə üstümə gələnlərin birinə 500 manat, birinə 1000 manat, o birinə 1500 manat verdim ki, bağda əziyyət çəkiblər. Bundan sonra hamısı növbəyə düzülmüşdü pul almaq üçün. Yenə deyirəm mən onlara pul borclu deyildim. Əslində ərazini illərdir istifadə etdiklərinə görə, dövlətə sağ ol deməlidirlər.

Digər tərəfdən, ərazidə kəsilən ağacların hamısı qurumuş nar kolları idi. Kəsim aparmazdan əvvəl ərazidə videoçəkiliş də aparmışam. Mən hadisələri hərtərəfəli ölçüb-biçən adamam, bunların başıma gətirilmə ehtimalını düşünmüşdüm. Əncir, alça və s.7-8 növ meyvə ağacı vardı. Onlar da vətəndaşların iştirakı ilə digər əraziyə köçürülüb. Dünən isə ərazidə öz hesabıma 4 metrəlik 39 ədəd şam ağacı əkmişəm. Bu da mənə deyilən “sağ ol!”. İllərdir Xətai rayon İcra Hakimiyyəti oraya verilən suyu kəsdiyi üçün ağaclar qurumuşdu. Gücləri mənə çatır deyəsən”.(Modern.az)

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər