{category-title}

Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Prezidentdən kömək istədilər - İTTİHAM

 

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir qrup müəllimi ölkə Prezidenti İlham Əliyev müraciət edib.

Müraciətin surətini Modern.az-a da ünvanlayan müəllimlər bildiriblər ki, 1987-ci ildə Nazirlər Kabinetinin 20/396-cı qərarı ilə Universitetin 61 nəfər əməkdaşına Pirallahı rayonu Dübəndi bağ massivində hər nəfərə 6 sot olmaqla torpaq sahəsi ayrılıb. Lakin həmin il müəllimlər onlara ayrılan torpaq sahəsini ala bilməyiblər.

“Müəyyən səbəblərə görə Universiteti tərk edən işçiləri qeydiyyata almadan, siyahıda qalan 27 nəfərin adına yenidən sənəd toplanıb, 2011-ci ildə torpaq və xəritəçəkmə məkanına təhvil verildi.

Lakin bizə verilən torpaq sahəsi yenə də əlçatmaz oldu.

Müəyyən olundu ki, 2016-cı ildən başlayaraq bizim seçdiyimiz bağçılıq-yoldaşlıq təsərrüfatının sədri İsmayılov Şöhrət Əhməd oğlu keçmiş laborant Əzizova Vahidə Seyfəddin qızı ilə birləşərək, 27 nəfər işçinin yerinə 61 nəfərin adını öz xeyrlərinə dəyişdirərək, həmin sahələri qeyri-qanuni yolla satmaqla məşğul olublar.

Torpaq sahələrinə baş çəkdikdə aydın oldu ki, hasara alınmış bir çox yerlərdə tikinti aparılıb”.

Müraciət müəlliflərinin sözlərinə görə, müəllimlər aidiyyatı dövlət qurumlarına ərizə ilə müraciət ediblər.
Ancaq dövlət qurumlarından müsbət bir nəticə görmədikdə, ölkə başçısına müraciət etməyə məcbur olublar.
Narazı müəllimlər eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevaya, Daxili işlər naziri Ramil Usubova teleqram göndəriblər.

Nəhayət 25 aprel 2019-cu il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının rəhbəri Azər Bəşirov narazı müəllimlərə cavab verib:
“Azər Bəşirov bu işdə günahkar olanların sanki müdafiəsində dayanmış və bununla da problemin həllini el dili ilə desək dağa dirəmişdir. Bu cavabdan bizə aydın olur ki, cinayətə əl atmış İsmayılov Şöhrət Əhməd oğlu, eləcə də, Əzizova Vahidə Seyfəddin qızını dolayısı yolla təmizə çıxarmaq istəmişdir”. 

Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri indi ölkə başçısından məsələni nəzarətə götürməyi xahiş edirlər.

Müraciəti aşağıdakı şəxlər imzalayıblar:


Əlizadə Məryəm, Əməkdar İncəsənət Xadimi, Sənətşünaslıq elmləri doktoru, professor 

Qasımov Məmmədsəfa, Xalq artisti, professor 

Şükürov Azad, Əməkdar artist, dosent 

Abdullayeva Yaqut, Əməkdar artist, dosent 

Quliyeva Gülsabah, Əməkdar artist, dosent

Bayramov Ağalar, Əməkdar artist, dosent

Əliyeva Zərifə, pedaqogika üzrə fəlsəfə doktoru, dosent 

Hüseynov Nadir, dosent 

Mehdiyeva Yaqut, dosent 

Abbasova Fazilə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent 

Qubadova Məsməxanım, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent 

Cabbarova Tamilla, dosent 

Kərimova Alla, Baş laborant 

Kərimova Gülfarə, baş laborant 

Kərimova Fəxriyyə, tədris şöbəsinin müdiri 

Səfərova Mahi, müəllim 

Qocayev Qabil, Qarabağ müharibəsi veteranı.

Son xəbərlər

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Bütün xəbərlər