{category-title}

Qaz limiti ilə bağlı YENİ PROBLEM: - istehlakçılar nədən şikayətlənir?

 

Xəbər verdiyimiz kimi, yeni dəyişikliyə əsasən may ayının 1-dən etibarən smart kart qaz sayğaclarında aparılan ödənişlər limiti keçən istehlakçılar üçün yenə də əvvəlki tariflə, yəni 10 qəpiklə hesablanmalıdır. 

Ancaq bəzi əvvəlki limiti keçmiş sakinlər yeniliyin tətbiq edilmədiyi və tariflərin hər kubmetrinin 10 qəpikdən yox, 20 qəpikdən hesablanması ilə bağlı Lent.az-a şikayət ediblər. 

Mövzu ilə əlaqədar Lent.az-ın suallarını cavablayan “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, hal-hazırda qaz sərfiyyatınının hesablanması məqsədi ilə proqram təminatında yenilənmə işləri aparılır:

“Bu səbəbdən də 1700 kubmetri, yəni əvvəlki limiti keçmiş abonentlərin smart kart qaz sayğaclarına may ayının 10-dək 500 kubmetr (50 AZN) əlavə ediləcək. Bundan sonra isə onlar qaz tarifinin hər kubmetri üçün 10 qəpik ödəyəcəklər.

Bir daha bildirirəm ki, bütün işlər mayın 10-dək tamamlanacaq və bütün problemlər aradan qaldırılacaq”. 

İqtisadçı-ekspert Vüqar Bayramov isə Lent.az-a açıqlamasında qeyd edib ki, hər hansısa vətəndaş limitdən kənarda qala bilməz və 1700 kubmetri keçən istehlakçılar onlar üçün əlavə edilən limitdən mütləq şəkildə istifadə edə bilməlidirlər:

“Əvvəlki limiti keçən istehlakçılar üçün bu ilin sonunadək 500 kubmetr əlavə edilməli, yeni qaydalara əsasən 1700 kubmetrdən sonra istifadə edilən hər kubmetr də 10 qəpikdən hesablanmalıdır. Əgər vətəndaş qazdan istifadə edərək, limitin artırılmadığını görürsə, deməli, burada problem var. Bununla bağlı isə “Azəriqaz”a müraciət etmək lazımdır”.

Xatırladaq ki, bu il aprelin 30-da Azərbaycan Respublikası Tarif (qiymət) Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib. 

Bununla da əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2 200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 2 200 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanacaq.
 

Son xəbərlər

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Bütün xəbərlər