{category-title}

Ermənistan ərəb ölkələrindən özünə dayaq tapa biləcəkmi? - GƏLİŞMƏ

 İşğalçı Ermənistan 1.5 milyardlıq böyük islam dünyasında Dağlıq Qarabağ məsələsi və saxta “soyqırım” iddiası ilə bağlı özünə daim müttəfiqlər axtarır, erməni işğalı, uydurma “erməni iddiası”na yanaşmada müsəlman dünyasındakı ənənəvi yekdil, prinsipial mövqeyi öz xeyrinə dəyişməyə çalışır. İndiyədək islam ölkələrindən yalnız yarım-xristian Livan saxta “erməni genosidi”ni tanıyıb. Dağlıq Qarabağla bağlı vəziyyət isə bir az da ermənilərin ziyanınadır. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Özbəkistan kimi ölkələr işğal faktına görə Ermənistan adında dövləti, ümumiyyətlə, tanımır.

Qarabağ məsələsinə gəlincə, Ermənistan bu günədək yalnız qonşu İranla sıx yaxınlığa nail ola bilib. Bununla belə, 57 müsəlman dövlətini birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü kimi İran da təşkilatın Ermənistanı işğalçı kimi tanıyan sənədinə səs verib.

İndi İrəvan islam-ərəb dünyasınnda, bir növ, “kəşfiyyat”a çıxıb özünə dəstək, arxa-dayaq və dost axtarmağa başlayıb.

Ermənistan, şübhə yox ki, islam aləminə, onun önəmli dövlətlərinə çıxış əldə eləməklə həm də özünün böhran içindəki iqtisadiyyatına yeni “nəfəs” vermək, bununla da ölkədən kütləvi köçü və yoxsulluğun səviyyəsini azaltmaq, orduya çağırışçı problemini həll etmək, yekunda Qarabağ danışıqlarında Azərbaycan qarşısında uğurlu bir mövqeyə sahiblənməyə çalışır.

Bəs Ermənistan İrandan sonra özünə yeni dayaq axtarışında istədiyinə nail ola biləcəkmi? Hansı müsəlman ölkəsini İrəvan özünə müttəfiq edə bilər?

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyü məsələsini birmənalı surətdə müdafiə edən əsas təşkilatdır: “Hər halda bu, indiyədək belə olub. Şübhəsiz ki, din amili burada əsas rol oynayıb. Lakin bir amili də unutmaq olmaz ki, İran, Türkiyə, Pakistan kimi müsəlman ölkələrini çıxsaq, bu təşkilatın yerdə qalan üzvləri ərəb ölkələridir. Ermənilərin isə tarixən Yaxın Şərqdəki hadisələrdə bu və ya digər şəkildə iştirakları olub və onlar regiona, onun xalqlarına yaxşı bələddirlər. Hindistandan qovulmuş qaraçı və aromun tayfalarından törəmiş ermənilər Orta Şərqdə və Kiçik Asiyada məskunlaşıb. Onların ilk dövləti də indiki Suriyanın şimalında Kilikiya çarlığı olub. Bu da onların minilliklər boyu Yaxın Şərq xalqları ilə məişətdən tutmuş, siyasətədək yaxınlığını labüd edib. Məsələn, ərəblərlə erməniləri din fərqi ayırsa da, uzun əsrlər yanaşı yaşamaları birləşdirir. Yaxud onlar bir neçə yüz il Osmanlı təbəələri olublar və bu gün Türkiyədə onların güclü mövqeləri danılmazdır. İranla olan yaxın münasibətləri barədə danışmaq isə artıqdır, bunu hamımız bilirik. Ermənilərin dünyaya səpələnmiş olması onların uzun əsrlər başqa xalqlarla bir yerdə yaşamasına, onların düşüncə tərzinə yaxşı bələd olmasına, nəticədə bu gün həmin ölkələrdə bir sıra siyasətçiləri ələ alıb öz məkrli məqsədləri üçün istifadə edə bilməsinə zəmin yaradıb. Diaspora Ermənistan xarici siyasətinin əsas vasitəçisi, uğurunun təminatçısıdır. Azərbaycanın milyonlarla pul xərcləyib nail olmaq istədiklərinə ermənilər daha az vəsaitlə, daha səmərəli şəkildə nail olurlar. Üstəlik, hazırda İslam Əməkdaşlıq Təşkilatında Türkiyənin rolu böyük olsa da, Türkiyə ilə ərəb ölkələrinin Yaxın Şərqdəki ziddiyyətləri təşkilatda Türkiyənin təsir imkanlarını zəiflədib. Türkiyə nəinki ərəb, hətta islam aləminin ümumi məsələsi olan Qüds məsələsində belə tam həmrəyliyə nail ola bilmədi. Bəzi ərəb dövlətləri separatçı mövqe sərgilədi. Odur ki, İslam Əməkdaşlıq Təşkilatında Türkiyə vasitəsilə təsir imkanı zəifdir. Bir sıra ərəb ölkələri ilə erməni diasporası sayəsində Ermənistanın münasibətləri mövcuddur və daha da inkişaf imkanlarını istisna etmək olmaz. ABŞ müttəfiqi olan Körfəzin ərəb ölkələrini Ermənistana investisiya yatırmağa təşviq edə bilər. Ən varlı erməni miyonçuları elə tarixən İslam Əməkdaşlıq Təşkilatı coğrafiyasına daxil olan ölkələrdə yaşayıblar və hazırda da yaşayırlar. Oradakı kilsələr böyük siyasi-ideoloji iş aparırlar”.

Politoloq vurğuladı ki, ermənilərin terror təşkilatlarını dəstəkləyən bəzi Yaxın Şərq ölkələrini də unutmaq olmaz: “Üstəlik, Rusiyanın Suriyada, İranın Livan, Yəmən, Fələstində hegemon mövqeyi ermənilərə böyük dəstəkdir: ”Habelə, son zamanlarda ərəb şeyxlərinin Ermənistana ayaq açmağa başlaması, ölkəyə sərmayə cəlb etmək istəyən ermənilərin ərəb şeyxləri ilə müxtəlif istiqamətlərdə iş apardığı barədə məlumatlar var. Bir müddət öncə şeyxlərin Ermənistanın ən güclü oliqarxlarından biri, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qagik Tsarukyanın qonağı olması barədə məlumatlar yayılmışdı. Reallıq odur ki, işğalçı Ermənistan bir sıra müsəlman-ərəb dövlətləri ilə sıx əməkdaşlıq etməyə, əlaqə saxlamağa çalışır. İslam ölkələrinin Ermənistanla əlaqələrinin zəifləməsi üçün ilk növbədə onların öz aralarında dini həmrəylik, təəssübkeşlik hissləri güclənməlidir. Əks halda, biz yəqin ki, ayrı-ayrı müsəlman ölkələrinin Ermənistanla yaxın əlaqələrinin davam etməsinin şahidi ola bilərik".
 

Son xəbərlər

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Bütün xəbərlər