pressxeber.info
pressxeber.info

"Mbappe mənim qədər yaraşıqlı deyil" - Pele

294 dəfə baxılıb 4-04-2019, 16:01

"Mbappe mənim qədər yaraşıqlı deyil" - Pele

 Dünya futbolunun canlı əfsanəsi Pele Parisdə iştirak etdiyi xüsusi tədbridə PSJ-nin hücumçusu Kilian Mbappe haqda danışıb.

Qol.az-ın məlumatına görə, 78 yaşlı veteran futbolçu "La Parisien" qəzetinə müsahibəsində fransalı oyunçunun gələcəkdə dünyanın ən yaxşısı olacağını deyib:


"Mbappenin PSJ-dən ayrılmasına ehtiyac yoxdur. Sadəcə, indiyə qədərki oyununu davam etdirməlidir. Bunu etsə, dünyanın ən yaxşısı olacaq".

Pele 20 yaşlı hücumçudan daha yaraşıqlı olduğunu da söyləyib: "O, mənim qədər yaraşıqlı deyil (gülür). Ortaq nöqtəmiz isə meydanda oyunu oxuya və gedişatı dəyişdirə bilmə bacarığıdır".

K. Mbappe isə Pele haqda danışarkən bunları deyib: "Peledən sonra ikinci olmaq mənim üçün heç bir problem deyil. Meydanda və komputer oyunlarında vurduğum qolları toplasanız belə, heç vaxt 1250 rəqəminə çata bilmərəm".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ekim 2020    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi