{category-title}

Yeyintidə ittiham olunan məmur başçı olmaq istəyir... - İDDİA

 Neftçala rayonundan verilən məlumata görə, rayonda fəaliyyət göstərən uşaq baxçalarında acınacaqlı vəziyyət hökm sürür.

Rayonda fəaliyyət göstərən uşaq baxçaları Neftçala şəhər icra nümayəndəsinə tabe olduğu üçün, baxçalara alınan ərzaq məhsullarının vəsaitinin xərclənməsinidə bu qurum həyata keçirir. Ancaq təəsüflər olsun ki, Neftçala Maliyyə idarəsindən şəhər icra nümayəndəliyinə baxçalara ərzaq alınması üçün ayrılan vəsaitlərin bir hissəsi mənimsənilir.Verilən məlumata görə, Neftçala kəndləri ilə bərabər şəhərin özündə fəaliyyət göstərən bir çox baxçalarda belə uşaqlar gündəlik normal qidalanmaya həsrətdirlər. Buna görədə valideyinlər hər gün uşaqlarına müxtəlif ərzaq məmulatları almağa məcburiyyətində qalırlar.

Bu gün uşaq baxçalarındakı ərzaq çatışmazlığının əsl səbəbkarı rayon icra hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqovadır. Baxçalara nəzarəti öz üzrərinə götürən Gültəkin Sadıqova dövlət və daxili büdcədən ərzaq məhsullarının alınması üçün ayrılan yüz min manatlarla vəsaitin bir hissəsini cibinə qoyur. Baxçalardakı ərzaq maxinasiyasında əldə olunan qazancın 40 faizi icra başçısı İsmayıl Vəliyevə çatdığı deyilir. Aparılan araşdırmada məlum oldu ki, hər il Neftçala şəhər və kənd uşaq baxçalarına ayrılan 100 min manatlarla vəsait köçürülür. Ümumi vəsait təxminən 300-400 min manat təşkil etdiyi halda Neftçala baxçalarındakı ərzaq çatışmamazlığı bircə o anlama gəlir ki, rayon icra başçısı İsmayıl Vəliyev və müavini Gültəkin Sadıqova uşaqların adına ayrılan vəsaiti silərək mənimsəyirlər. Bunu məlumat verən mənbəmizdə təsdiqlədi və bildirdi ki, ”icra başçısı ilə müavini hər il baxça maxinasiyasında ən azı 150-200 min manat qazanc götürürlər”. Ancaq bu qazanc təkcə ərzaq mallarının alınması altında həyata keçirilmir. Belə ki, hər il rayon daxili büdcəsindən yuxarıda adını çəkdiyimiz kəndlərdə və Neftçala şəhərində yerləşən uşaq baxçalarının carı təmiri üçün 100-200 min manat arası vəsait ayrılır. Ayrılan vəsaitin isə 30 faizi aidiyyatı üzrə xərclənir. Yerdə qalan vəsait birbaşa icra başçısı ilə müavini və Neftçala Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov arasında bölüşdürülür.

Bununla kifayətlənməyən Gültəkin Sadıqova hər baxça direktorundan aylıq 100 manat haqq alır. Bundan əlavə qeyd etmək istəyirik ki,Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələbləri kobud şəkildə pozulur. Belə ki, müəssisələrdə hazırlanan yeməklər texnoloji təlimat və reseptura olmadan hazırlanır, hazır qida istehlaka verilməzdən əvvəl təhsil müəssisəsinin səlahiyyətli nümayəndəsi və tibb işçisindən ibarət komissiya tərəfindən ona nəzarət edilmir, azyaşlılara verilməsi nəzərdə tutulan yeməklərin ekspertizası aparılmır. Həmçinin hazırlanan məhsullarda gündəlik qida rasionu tələblərinə əməl edilmir, yeməklərdə ət və ət məhsullarından istifadə olunmur. Müəssisələrin mətbəxi natəmiz vəziyyətdə saxlanılır, sanitar normalar pozulur.

P.S. Yaxın günlərdə Gültəkin Sadıqovanın Neftçala rayon icra hakimiyətinin başçısı olmaq arzusuna düşməsi, eləcə də kimlərləsə danışıq aparması haqda geniş yazı dərc edəcəyik. 

Qarşı tərəfi dinləməyə hazırıq.(azerbaycanreallığı.com)
 

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər