{category-title}

“Direktor dövlət vəsaitlərini talayır, bizdən haqq yığır, Hadı Rəcəblinin adamıdır...” - Müəllimlər nazirliyin qarşısında etiraz etdilər...

 

Siyəzən rayonunun 6 saylı məktəb-litseyinin bir qrup müəllimi Təhsil Nazirliyinin qarşısına şikayətə toplaşıb. Virtualaz.org xəbər verir ki, onlar işlədikləri məktəbdə qanunsuz olaraq “fond pulu” adı altında haqq yığılmasından, külli miqdarda dövlət əmlakının direktor tərəfindən talanmasından şikayət edirlər. Şikayətçilər deyirlər ki, direktor Yeganə Əliyevanın heç kimə məhəl qoymamasına, müəllimlərdən pul tələb etməsinə etiraz edirlər.

Şikayətçi Elşən Məhərrəmov deyir ki, direktor məktəbdə şagirdlərdən qaz pulu alır, parta, kompüterlər uşaqlara pulla satılır: “Daxili Nəzarət Şöbəsindən məktəbimizə komissiya gələndən sonra bizə elan edilər pulumuz çox çıxıb 1000 manat pul yığıb verməlisiniz. Bu kollektiv bezib artıq. Hər ay “fond pulu” adı ilə 50 manat pul alırlar bizdən. Elə müəllimlər var öz cibindən verir. Verməyəndə də, iclas edir, bizi təhqir edir. Qanunsuz olaraq işdən çıxarır. Dəfələlə prokurorluğa getmişik, Daxili Nəzarət Şöbəsinə şikayət etmişik, xeyri yoxdur. Direktorun arxasında Hadı Rəcəbli, başqa vəzifəlilər durur. Deyir kimə deyirsiniz deyin, heç kimdən qorxmuram. Ona havadarlıq edirlər. Əlimizdə deputat Hadı Rəcəbli ilə şəkilləri var...”

Şikayətçilər deyirlər ki, Təhsil Nazirliyinə müraciətdən sonra direktoru şiddətli töhmətlə cəzalandırıblar. Amma bu onun əməllərinin qarşılığında kiçik cəzadır.

“İyirmi ilin müəllimiyəm, 4 aydır əvəzedici müəllim kimi bu məktəbdə işləyirəm. Yoxlamadan sonra məlum olub ki, direktor məni saxta əmrlə işə götürüb. 4 aylıq maaşım verilməyib. 700 manat və min dollar pul alıb məndən, o pullar da batıb”, - deyə digər müəllim bildirir.

Şikayətçilər deyirlər ki, direktor Yeganə Əliyevanın heç ali təhsili də yoxdur. Buna baxmayaraq 9 ildir ki, məktəbə rəhbərlik edir. Uzun müddətdir ondan şikayət etmələrinə baxmayaraq artıq məktublarına rəsmi qurumlar tərəfindən cavab da verilmir.

Təhsil Nazirliyindən nümayəndə etiraz aksiyası keçirən müəllimlərdən bir neçəsini qəbul edərək bildirib ki, “burada səs-küy salmayın, sizi bir saatdan sonra dinləyəcəyik”.

Şikayətçilər məktəbdəki özbaşınalığa son qoyulmayacağı, rüşvətxor direktorun işdən azad olunmayacağı təqdirdə Prezident Aparatının qarşısında etiraz aksiyası keçirəcəklərini bildiriblər.

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər