{category-title}

“Regionda ən yüksək işsizlik səviyyəsi Ermənistandadır” - Erməni deputat

 Ermənistan parlamentinin deputatı Mikael Melkumyan qanunverici orqanda “Ermənistan Respublikası hökumətinin proqramının yerinə yetirilməsi vəziyyəti haqqında” hesabatın müzakirəsi zamanı deyib: “Məxməri inqilabdan” bir il sonra ölkədə hansı dəyişikliklərin baş verməsinə diqqət yetirmək lazımdır. Regionda ən yüksək 18 faizlik işsizlik səviyyəsi Ermənistandadır, halbuki Gürcüstanda bu göstərici 12,7 faiz, Azərbaycanda 5 faiz, Türkiyədə 13,5 faiz, Rusiyada 4,9 faiz, Qazaxıstanda 4,8 faiz, Moldovada isə 2,9 faizdir”.

Deputat Ermənistanın yoxsulluq səviyyəsinə görə də regionda ilk yeri tutduğunu diqqətə çatdırıb. “Yoxsulluğun yüksək səviyyəsinə görə Ermənistan 29,4 faizlə regionunun lideridir. Bu göstərici Gürcüstanda 21 faiz, Azərbaycanda 5 faiz, Türkiyədə 1,6 faiz, Rusiyada 13,6 faizdir. Ötən il Ermənistanda xarici sərmayələrin həcmi 246 milyon dollar olub ki, bu rəqəm Gürcüstan (1,8 milyard dollar), Azərbaycan (2,9 milyard dollar), Türkiyə (10 milyard dollar) və Rusiyadan (25 milyard dollar) xeyli azdır”, -deyə Melkumyan statistik göstəriciləri təqdim edib. O, xarici borcların da iqtisadiyyata müsbət təsiri olmayacağını qeyd edib.

Erməni deputat vurğulayıb ki, ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün təkcə xoş niyyət yetərli deyil. İqtisadi islahatların həyata keçirilməsinə böyük maliyyə vəsaitləri tələb olunur. “Əgər hakimiyyətin yuxarı dairələrində xoş niyyət varsa, bu o demək deyil ki, aşağılarda işin səmərəliliyi artıb. Dövlət strukturlarının aşağı və orta təbəqələrində dövlətçiliyə münasibət dəyişməyib. İndi də vəsaitlərin mənimsənilməsi və dağıdılması prosesi davam edir”, -deyə Melkumyan sözlərinə yekun vurub.(AZƏRTAC)
 

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər