{category-title}

"Azərbaycanda bu şəxslərin maaşı 5 min manatadək artırılsın"- Təklif

 

Ölkədə son zamanlar geniş vüsət alan islahatlar dalğası bütün sahələrdə olduğu kimi məhkəmə-hüquq sistemində də yeniliklərin olacağıyla bağlı fikirləri gündəmə gətirib. Qeyd edək ki, sözügedən məsələylə bağlı ölkə başçısı İlham Əliyev açıq şəkildə bildirib ki, məhkəmə-hüquq sistemində köklü dəyişikliklərə zərurət var. Bu dəyişikliklər necə və hansı şəkildə özünü göstərməlidir? Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü, keçmiş millət vəkili və hüquqşünas Əliməmməd Nuriyev Sonxeber.az-a açıqlamasında məhkəmə hüquq sistemindəki islahatlar barədə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, ilk növbədə bu istiqamətdə qanunvericilik bazası möhkəmləndirilməlidir. Ə.Nuriyev bildirdi ki, ölkə başçısı bu ilin əvvəlində Nazirlər Kabinetinin illik hesabatıyla bağlı keçirdiyi iclasda bu məsələyə toxunub və deyib ki, məhkəmə hüquq sistemində köklü olaraq dəyişikliklərə ehtiyac var:

"Bu çıxışdan dərhal sonra yeni qanunlar, qərarlar və sərəncamlar qəbul olundu. Xatırlayırsınızsa, 2016 ildə Konstitusiyaya əlavə və dəyişikliklər edildi və bu dəyişikliklərin fəlsəfəsində idarəetmənin daha da təkmilləşdirilməsi dururdu. Prezidentin çıxışı idarəetmə sisteminın köhnəldiyini, tamam dəyişməyə zərurət olduğunu və yeni idarəetmə sisteminə keçməyi nəzərdə tuturdu". Hüquqşünas hesab edir ki, əgər ölkəyə investiyaların kütləvi axmasını zəruri hesab ediriksə, sahibkarlıq mühitinin inkişafını arzulayırıqsa, o zaman məhkəmə hakimiyyətilə bağlı islahatlara böyük zərurət var.

Ə.Nuriyev qeyd edib ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi və ümumilikdə proseduraların sadələşdirilməsi vacibdir:"Hakimlərin müstəqilliyinin qanuna dayanaraq artılmasından və təmin olunmasından söhbət gedir". Hüquqşünas hesab edir ki, sistemdəki nəzərdə tutulan dəyişiklərin kökündəki problemlərdən biri də psixoloji amillərlə bağlıdır. Məhkəmədəki tərəflərin maraqlarının təmin olunması o şəkildə baş verməlidir ki, qərarın ədalətli olması təəssüratı insanlarda formalaşsın". Fond rəhbəri eyni zamanda hakimlərin əmək haqqlarının əhəmiyyətli dərəcədə artılmasının vacibliyini qeyd edib. Ə.Nuriyev vurğulayıb ki, bu sahədə çalışan insanların mövcud əmək haqqları onların ədalətli qərar qəbul etməsinə təsir göstərir.

Onun sözlərinə görə, hakimlərin maaşı ən azı 5000 manatadək artırılmalıdır: "Bundan əlavə hakimlərin sayının da artırılması məsələsinə bir daha baxılmalıdır. Məhkəmə aparatında işləyən hakim köməkçiləri və katiblərin də maaşları artırılmalıdır. Hazırda onların əmək haqqları 400-500 manat arasında dəyişir. Bu əmək haqqı ilə peşəkar hüquqşünasların qorunub saxlanması mümkün deyil". Hüquqşünas xüsusilə qeyd edib ki, məhkəmə və hüquq sahəsindəki öncəliyimiz ilk növbədə kadr hazırlığı və hüquq təhsilinin keyfiyyətinin artırılması olmalıdır. O, işə qəbulla bağlı ekspert kimi iştirak etdiyi proseslərdə bu istiqamətdə ciddi problemlərin olduğunu da əlavə edib.

Son xəbərlər

Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq

Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Bütün xəbərlər