{category-title}

Mehdi Səlimzadənin olduğu rayonda hər bir vətəndaşın qayğısına qalır

 

 

Göyçay rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir. Burada abadlıq–quruculuq işlərinin miqyası ildən–ilə genişlənir, əhalinin rahatlığına, rifah halının yaxşılaşmasına təminat yaradan iri layihələr həyata keçirilir.

Göyçaylılarla görüşü zamanı Prezidentin dediyi bu sözlər rayon sakinlərində xoş ovqat yaratdı. Göyçay doğrudan da son illərdə dinamik inkişaf yolundadır. Rayon sakinlərinin əldə etdiyi göstəricilər sürətli inkişafa ən yaxşı nümunədir.

KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Əsl ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Göyçay Rayon İcra Hakimiyyəti Başçısı Mehdi Səlimzadə rayon camaatı tərəfindən sevilir, hörmətlə qəbul ədilir. Çünki o, bu vəzifəyə dövlət başçısının təklifi ilə göndərilib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur xalqa məxsusdur. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Amandı gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın. 

Mehdi Səlimzadənin olduğu rayon hər bir vətəndaşın qayğısına qalır







Şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Göyçay Rayon İcra Hakimiyyəti Başçısı Mehdi Səlimzadənin məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Mehdi Səlimzadəni nüfuzdan salmağa çalışırlar, amma bu alınmayacaq. 

Regionların sosial-iqtisadi inkişafı Azərbaycan dövlətinin xüsusi diqqət və qayğısı altındadır. Bu məqsədlə həyata keçirilən dövlət proqramları rayon və şəhərlərimizin nəzərə çarpacaq tərəqqisini təmin etməklə yanaşı, regionlarda yeni infrastrukturların formalaşması ilə müşahidə olunur.

Son illər özünün dinamik inkişafı ilə seçilən belə rayonlarımızdan biri isə Göyçaydır. 

Göyçay dəyişib, gözəlləşib və inkişaf edir.

Son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Göyçay tutur. Qeyd edək ki, Göyçay son bir neçə ildə tikinti meydançasına çevrilib. Hər tərəfdən tikinti, abadlıq və quruculuq işlərinin aparılması isə camaatın ürəyincədir. Bundan əlavə rayonda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir. Bildirək ki, faktiki vəziyyətin yaranmasının başlıca səbəbkarı rayonun icra başçısı Mehdi Səlimzadənin gərgin əməyinin nəticəsidir. Belə ki, Mehdi Səlimzadə Göyçaya rəhbər təyin olunan ilk gündən qollarını çırmayaraq, harada problem varsa, onun aradan qaldırılmasına başlayıb. Qısa müddətdə şəhərin görkəminin dəyişdirilməsi, yeni parkaların salınması, küçələrin genişləndirilməsi və abadlaşmasını təmin edən icra başçısı, bununla kifayətlənmək fikrində deyil. Çünki Göyçayda görüləcək işlər çoxdur. Həm də göyçaylılar üçün görüləcək işlər həddindən artıq çoxdur. Mehdi Səlimzadə əhaliylə xoş münasibəti, onların şikayətlərini dinləmək üçün həmişə can atması, onların ehtiramını saxlaması, problemlərini həll etmək üçün lazım olan bütün addımları atması hamı tərəfindən təqdir olunur, alqışlanır. Elə rayon sakinləri də yaranmış vəziyyətdən məmnundurlar. Onlar deyirlər ki, bir zamanlar Göyçay yalnız özünün təsərrüfatı ilə məşhur idisə, indi gözəlliyi, ilə ad çıxarmağa başlayıb. 

Umumiyyətlə cənab Mehdi Səlimzadə tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir. Mehdi müəllim cənab Prezidentin sozləri ile desek ozunu Göyçay rayon sakinlarinin bir nömrəli xidmətçisi sayır. Əminliklə demək olarki Göyçay rayonu öz simasını tamamı ilə dəyişib. Bunu sakinlərlə söhbətimizdədə təsdiqlədilər.

Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkə başçısının Göyçay rayonunda aparılan bu işlərə verdiyi yüksək qiyməti bu gün bəzi mətbuat orqanları və saytlar həzm edə bilmir, hec bir həqiqətə söykənməyən, qərəzli məlumatlar yayaraq özlərini reklam etməyə, bu eybəcər yolla oxucu toplamağa çalışırlar. Lakin bu qısqanclığın bircə adı var ki, o da öz peşəsini bilməmək, jurnalistikadan uzaq olan bəzi insanların bu sahədə çalışmalarıdır. Bütün bunlara baxmayaraq, Göyçay rayonu respublikamızın digər rayonları kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daima inkişaf edəcək və yeni-yeni uğurlara imza atmaqda davam edəcək.


Mehdi Səlimzadənin olduğu rayon hər bir vətəndaşın qayğısına qalırMehdi Səlimzadənin olduğu rayon hər bir vətəndaşın qayğısına qalır
Mehdi Səlimzadənin olduğu rayon hər bir vətəndaşın qayğısına qalırMehdi Səlimzadənin olduğu rayon hər bir vətəndaşın qayğısına qalırMehdi Səlimzadənin olduğu rayon hər bir vətəndaşın qayğısına qalır
Mehdi Səlimzadənin olduğu rayon hər bir vətəndaşın qayğısına qalırMehdi Səlimzadənin olduğu rayon hər bir vətəndaşın qayğısına qalır

Son xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq

Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Bütün xəbərlər