pressxeber.info
pressxeber.info

Millimiz Avropa çempionatının qalibi oldu

493 dəfə baxılıb 21-02-2018, 10:25

 

Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub. Azərbaycan Cüdo Federasiyasının saytı xəbər verir ki, millimiz yarışın ikinci günündə də medalsız qalmayıb

90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov beynəlxalq turnirin bürünc medalını qazanıb. Kanada, Avstriya, Rusiya və İtaliya cüdoçularına qalib gələn yığmamızın üzvü yalnız çempionatda birinci yeri tutan Yaponiya təmsilçisinə uduzub.

Beləliklə, Azərbaycan cüdoçuları Obervart turnirini 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Dadaşova qədər Orxan Səfərov, Mehman Sadıqov “qızıl”, Telman Vəliyev “gümüş”, Vüqar Şirinli isə “bürünc”ə sahib olub.

Yekun nəticədə cüdo yığmamız medalların sayı və əyarına görə bütün ölkələri qabaqlayaraq, birinci yeri tutub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ocak 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi