{category-title}

AMEA həm də ixtisarlara başladı: kimlər gedir? - GƏLİŞMƏ

 Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında struktur islahatları aparılması ilə bağlı fərman imzalamasından sonra qurumda ştatda çalışan işçilər arasında ixtisarlar aparılması gözlənilir.

Bu barədə Axar.az-a danışan mənbə bildirib ki, zəif və elmi-tədqiqat işlərində passiv iştirak edən şəxslər ixtisar olunacaq. Mənbənin sözlərinə görə, hər bir institutda 30 faiz ixtisar aparılması nəzərdən keçirilir. Bu addımın digər daha potensiallı elmi işçilərin gəlirinin artması və beləliklə, ciddi rəqabət və stimulun yaranması üçün atılacağı bildirilir.

Ümumiyyətlə, ixtisarların təbii axarda gedəcəyi də qeyd edilir. Belə ki, elmi işçilərin “gündəlik davamiyyətə görə” standart maaşla təminatından imtina edilməsi ideyası gündəmdədir. Simvolik maaş saxlanılmaqla yanaşı, əsas diqqət irəli sürülən layihələrə ayrılacaq. Layihə irəli sürməyən və layihələrinə görə maliyyə almayan kadrlar isə avtomatik elmi prosesdən uzaqlaşacaq.

Məsələ ilə bağlı saytımıza danışan AMEA-nın Mətbuat və informasiya idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev bildirib ki, bu barədə hələlik dəqiq bir informasiya yoxdur:

“Prezidentin imzalandığı fərmana əsasən, AMEA-nın tabeliyindəki elm, elmi-tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumlarda islahatlar aparılması üçün təkliflər hazırlanması məqsədilə 6 ay vaxt verilib. İxtisarlar barədə danışmaq hələ tezdir. Ola bilsin, fevral ayında bu barədə məlumat verilsin”.

Qeyd edək ki, Prezideni İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) qurumların fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə Fərman imzalayıb. Sözügedən fərmanın icrası ilə əlaqədar olaraq AMEA-dakı bəzi institut və qurumların birləşdirilməsi məsələsi gündəmə gəlib. Ekspertlərin fikrinə görə, hazırda AMEA daxilində mövcud olan 35-dək institut və mərkəzin birləşdirilməsi nəticəsində ən çoxu 20 qurumun saxlanılması üzərində iş aparılır.
 

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər