pressxeber.info
pressxeber.info

Bu il 11 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur

40 dəfə baxılıb 12-01-2019, 12:13

Bu il 11 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur

 

Xalçaçılığın sürətlə inkişaf etdirilməsi nəticəsində iyirmi xalça fabriki tikilərək istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Bu il 11 xalça fabrikinin istifadəyə verilməsinin nəzərdə tutulduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, bu fabriklər tam gücü ilə fəaliyyətə başlayandan sonra 5 minə yaxın insan, - onların mütləq əksəriyyəti qadınlardır, - işləyəcək. “Həm iş yerləri, gözəl müəssisələr yaradılır, bizim tarixi milli sənətimiz yaşayır və yaşayacaqdır, gənclər cəlb olunur, həm də ki, xalçaçılığın böyük iqtisadi tərəfi də var. Bu, ixracyönümlü məhsuldur”, - deyə Prezident bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Mayıs 2019    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi