pressxeber.info
pressxeber.info

Hansı halda pensiyalar daha çox artacaq? – ŞƏRH

67 dəfə baxılıb 28-12-2018, 12:55

Hansı halda pensiyalar daha çox artacaq? – ŞƏRH

 

“Gələn ay pensiya məbləğləri 2018-ci ildə orta aylıq əməkhaqqındakı faiz artımına indeksasiya olunacaq. Baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək”.

Pressxeber.info Cebhe.info-ya istinadən xəbər verir ki, bunu iqtisadçı-alim Vüqar Bayramov deyib.

O, qeyd edib ki, bu ildən başlayaraq pensiya məbləği inflyasiya səviyyəsinə deyil, orta aylıq əməkhaqqındakı artım faizinə indeksasiya olunur:

“Bununla belə, pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Belə ki, pensiya məbləğinin orta aylıq əməkhaqqındakı artıma deyil, əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması daha məqsədəuyğun olardı. Yəni, qeyri-rəsmi məşğulluq mövcud olduğundan orta aylı əməkhaqqındakı artım gəlirlərin artımını tam ifadə edə bilmir. Digər tərəfdən, rəsmi statistikada əhalinin gəlirləri orta aylıq əməkhaqqına nisbətən daha yüksək faizlə artdığından bu indeksasiya zamanı pensiyaların daha çox artmasına imkan verə bilir”.

İqtisadçı onu da bildirib ki, gələn ildə orta aylıq əməkhaqqı ilə əhalinin gəlirlərindəki artım arasında fərq var:

“Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında əhalinin gəlirləri 9.2 faiz artsa da, orta aylıq əməkhaqqı cəmi 2.8 faiz çoxalıb. Eləcə də 2018-ci ildə orta aylıq əməkhaqqının 4 faiz artacağı gözlənilsə də, əhalinin gəlirləri 9 faizdən çox artacaq. Gələn ildə orta aylıq əməkhaqqı ilə əhalinin gəlirlərindəki artım arasında fərq var: artım uyğun olaraq 5.7 və 9.0 faiz proqnozlaşdırılır. Etiraf edək ki, 2018-ci ildə pensiyaya əlçatanlığın artırılması ilə bağlı bir sıra islahatlar həyata keçirildi. Aşağı pensiya alan 80 minə yaxın vətəndaşın pensiya məbləğinin gələn ildən orta hesabla 30 faiz artırılması da buna aid edilə bilər. Bu baxımdan, bu islahatların tərkib hissəsi kimi indeksasiya sistemində meyarların dəyişdirilməsi vacibdir. Əmək müqavilələrində maaş məbləğinin tam göstərilməməsi, hətta əmək müqavilələrinin bağlanmaması hallarının az olmadığını nəzərə alsaq, pensiyaların orta aylıq əməkhaqqındakı artıma deyil, əhalinin gəlirindəki artım faizinə indeksasiyası daha doğru olardı. Bu halda indeksasiya nəticəsində pensiya məbləğlərinin daha çox artmasının şahidi ola bilərik”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi