pressxeber.info
pressxeber.info

"Rus hərbçilər qadınlarımıza təcavüz edir…" – Erməni jurnalistdən şok təklif

141 dəfə baxılıb 21-12-2018, 13:29

"Rus hərbçilər qadınlarımıza təcavüz edir…" – Erməni jurnalistdən şok təklif

 

Ermənistanda nəşr olunan "Asparez" qəzetinin rəhbəri Levon Barseqyan Rusiyanın Gümrüdəki "102-ci" hərbi bazası ilə bağlı təklif verib.

Teleqraf.com xəbər verir ki, Barseqyan bazanın Gümrü sakinləri tərəfindən nəzarət altında saxlanılmalı olduğunu bildirib.

Rus bazasını "təhlükə yuvası" adlandıran jurnalist qeyd edib ki, son illərdə nəzarət edilmədiyinə görə, bazanın hərbçiləri Gümrüdə özbaşınalıqlar edirlər.

Barseqyan rus həbçilərinin gizlədilən cinayətləri içində qətllərlə yanaşı, qəsb və qadınlara cinsi təcavüz olaylarını da sadalayıb:

"Bu kimi halların qarşısını almaq üçün Gümrüdəki rus bazası yerli sakinlər tərəfindən ov tüfəngləri və digər silahlarla nəzarət edilməlidir. Bazanın qarşısına 24 saat xidmət edən post qurmaq lazımdır".

Qeyd edək ki, bazanın rus hərbçisinin Gümrüdə bir süpürgəçi qadını öldürməsi bölgədə etirazlara səbəb olub. Ermənilər Nikol Paşinyan hökumətindən bazanın ölkədən çıxarılmasını tələb edirlər.

Rəsmi Moskva isə bəyanat yayaraq, İrəvandan məsələni siyasiləşdirməməyi tələb edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi