{category-title}

Real olan budur ki, Musa Şəkiliyev rayon əhalisi tərəfindən sevilir, hörmətlə qəbul ədilir. Çünki, o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur xalqa məxsusdur. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan verərsiniz ənənəvi hal alar. Amandı, gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın. Qax rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyevin adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Tarixin qeyri-adi, yazılmamış qanunauyğunluqları var. Bəzən yaşanan uzun bir dövr heç nə ilə yadda qalmır, yalnız rəqəmlərin mövcudluğunu daşıyır. Lakin elə günlər olur ki, zamana diktə etməyə qadir olur. O yerin, o məkanın tərcümeyi-halına şərəf, ucalıq, ləyaqət timsalı kimi daxil olur. İnsanların yaddaşına əbədi həkk olunur.

Bütün bu möhtəşəm tikili və abidələr Qaxın tarixini zənginləşdirir, bu gününü möhtəşəm edir, sabahına Etibarlı təminat yaradır. Ölkə başçısının səfərindən sonra biri-birinin ardınca həyata keçirilən layihələr son illərdə Qaxı demək olar ki, tamamilə dəyişdi. Qax rayon İcra hakimiyyətinin başçısı cənab Musa Şəkiliyevin dediyi kimi, Qaxın yüksəlişini, rayonun gələcək müqəddəratını Prezident İlham Əliyevin qəbul etdiyi sərəncamlar, verdiyi tapşırıqlar müəyyən və təmin etmiş oldu.

Bu müasir rayonun sakinləri hər zaman dövlət başçısının səmimi münasibətini, qayğısını duyur və yüksək qiymətləndirir. Qaxın, yaşayış məntəqələrinin abadlaşdırılması, əhalinin kommunal xidmətlərə olan ehtiyaclarının yüksək səviyyədə ödənilməsi, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, memarlıq abidələrinin bərpası və yenidən qurulması, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin yaradılması, sakinlərin məşğulluğunun təmin edilməsi, şəhər infrastrukturunun müasirləşdirilməsi və digər sahələrdə mühüm tədbirlər həyata keçirilib.

Qax sürətlə abadlaşır, yeni simasına qovuşur. Bütün bunlar dövlət başçısının Qaxa olan tükənməz qayğısının nəticəsidir.

Qeyd edək ki, Qax rayonundakı mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait yerli sahibkarlar tərəfindən rayon iqtisadiyyatına yatırılan sərmayənin çoxalmasına, xarici sərmayəçilərin isə Qaxa marağının artmasına səbəb olmuşdur.

Prezident İlham Əliyevin diqqət və qayğısı, tövsiyələri sayəsində Qax vaxtilə malik olduğu şöhrətini qaytarıb. Qax bu gün Azərbaycanın ən gözəl ünvanlarından biri olmaqla qloballaşan dünyamıza inamla qovuşan şəhər görkəmi alıb.

Qax möhtəşəm quruculuğu və inkişafı, elmi-potensialı, iştirak etdiyi çox möhtəbər yarışlarda qazandığı qələbələri, ev sahibliyi etdi mühüm beynəlxalq tədbirləri ilə dünya səviyyəli şəhərə çevrildiyini isbat edə bilib.

Son xəbərlər

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

Bütün xəbərlər