pressxeber.info
pressxeber.info

Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib

165 dəfə baxılıb 23-10-2018, 12:23

Mədəniyyət naziri Əbülfəs Qarayev Qaradağ rayonunun Buta qəsəbəsində şair Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib.

"Report"un xəbərinə görə, nazir deyib ki, bu məsələ araşdırılır. 

Ə.Qarayev eyni zamanda ictimaiyyəti bu kimi sensasion xəbərlərə inanmamağa çağırıb. O vurğulayıb ki, təsdiq olunmamış məlumatlara istinad etmək doğru deyil: "Mikayıl Müşfiqin adı Azərbaycan üçün müqəddəsdir. O, Azərbaycan ədəbiyyatı tarixində böyük iz qoymuş şəxsiyyətdir. Azərbaycan dövləti ona hörmətlə yanaşır. Prezidentin müvafiq sərəncamı ilə bu il şairin yubileyi keçirilir. Artıq bu tədbirlərin icrasına başlanılıb. Hazırda Mikayıl Müşfiq adına Muzeyin yenidən qurulması ilə bağlı işlər gedir. O, heç vaxt dövlət və ictimaiyyət tərəfindən unudulmayıb və bundan sonra da unudulmayacaq".

M.Müşviqin məzarının harada olmasına gəlincə, nazir əlavə edib ki, məlumatlar Mədəniyyət Nazirliyinə daxil olduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumlarla birgə araşdırmalar aparılacaq: "Qəbirstanlıqdakı qalıqların kimə aid olması dəqiqləşdikdən sonra bu məsələ barədə danışmaq olar. O vaxta qədər isə Mikayıl Müşfiqin qəbrinin harada olması ilə bağlı danışmaq tezdir. Ona görə də məsələyə həssas yanaşılmasını tövsiyə edirəm".

Xatırladaq ki, bu iddiaları rusiyalı milyarder Fərhad Əhmədov irəli sürüb. 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Nisan 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi