pressxeber.info
pressxeber.info

Qonşu ölkədə avtomobillərin qiyməti ucuzlaşdı

178 dəfə baxılıb 18-10-2018, 14:45

İranda avtomobillərin qiyməti ucuzlaşıb. Xarici valyutanın müəyyən qədər ucuzlaşması, avtomobil bazarında da qiymətlərin aşağı düşməsinə səbəb olub.

Trend-in məlumatına görə, bunu İranın Avtomobil Satıcıları Birliyinin sədri Səid Mötəməni deyib.

Onun sözlərinə görə, ucuzlaşmaya baxmayaraq, bazar müştəri baxımından korluq çəkir.

Avtomobillərin qiyməti dolların ucuzlaşmasından sonra 3-9 min dollar, yerli avtomobillərin isə 500-3000 dollar arasında aşağı düşüb.

Bununla belə, Çin istehsallı avtomobillərin qiymətində 50 faiz artım müşahidə edilir.

İranda “Pride 111” markalı avtomobilin zavod qiyməti təxminən 5355 dollardısa, həmin avtomobilin bazar qiyməti 8571 dollar təşkil edir.
 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ekim 2020    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi