pressxeber.info
pressxeber.info

İcazəsiz balıq ovlayanlar saxlanıldı

126 dəfə baxılıb 29-09-2018, 12:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşları ilə birgə Zığ qəsəbəsi istiqamətində Daş Zirə adası yaxınlığında keçirdikləri reyd zamanı icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.

Publika.az-a Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı ov edən şəxslərin Bakı şəhər sakinləri Telman Məmmədov və Aslan Quliyev olduğu müəyyən edilib, onlardan müxtəlif növ balıqlar, ov alətləri və rezin qayıq götürülüb.

Balıq ehtiyatlarına vurulan ziyan hesablanaraq brakonyerlər barəsində ümumilikdə 1463 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi