pressxeber.info
pressxeber.info

Ərdoğan Almaniyada Avropanın ən böyük məscidini açacaq

153 dəfə baxılıb 25-09-2018, 17:30

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın Kelna şəhərində keçiriləcək Mərkəzi məscidin açılış mərasimində iştirak edəcək. Binanın tikintisi Türkiyənin İslam Dini Birliyi tərəfindən maliyyələşdirilib və səkkiz il davam edib. 

Pressxeber.info “NEWSru.co.il” portalına istinadla xəbər verir ki, məsciddə eyni vaxtda 1200 insan ibadətlə məşğul ola bilər.

Onun ərazisində kitabxana, ticarət mərkəzi, 600 nəfərlik konfrans zalı, seminarların keçirilməsi üçün oturacaqlar və avtodayanacaq var. 

“Bu, Almaniyada və bütün Avropada ən böyük məsciddir. O, sülh, qardaşlıq və birgəyaşayış mədəniyyətini təbliğ edir”, - birliyin rəhbəri Nevzat Aşikoğlu deyib. 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi