{category-title}

Azərbaycanlı məşhurlardan yanğınlarla bağlı Türkiyəyə dəstək mesajları

 



Türkiyədə baş verən meşə yanğınları ilə bağlı azərbaycanlı məşhurlar da dəstək məqsədli paylaşımlar ediblər. 

PressXeber.info bildirir ki, müğənni Xatirə İslam dünyanı dağıdanın, yandıranın insan olduğunu deyib. 

"Sonra da deyirik, insanları niyə azaltmaq istəyirlər? Təbiəti  məhv edən, heyvanları öldürən ekologiyanı korlayan insandır. Okeanın ortasında dünya boyda butulka zibilliyi yaradan insandır” , - deyə ifaçı qeyd edib.

İfaçı Abbas Bağırov qardaş ölkəyə başsağlığı verib: "Bu vəhşiliyi edənlərin Allah bəlasını versin!”.
Aparıcı Zaur Baxşəliyev yanğınlarda zərər görən insanlara səbr diləyib: "Bu dünyada insanların canını yandıranlar, o dünyada cəhənnəm odundan qurtula bilməyəcək”.

Prodüser Tarix Əliyev də Türkiyəyə dəstək olanlar sırasında yer alıb. O, qardaş ölkənin yanında olduğunu vurğulayıb: "Bunu kim edibsə, Allahdan cəzasını alacaq”.

Digər aparıcı Vüsalə Əlizadə isə təbiətin bütün şərəfsizliklərin qurbanı olduğunu qeyd edib: 
"Bağışlaya biləcəksənmi bu acgöz, mundar məxluqları? Başınız sağ olsun,  qardaş ölkəm. Bizim də canımız yandı”.

Xalq artisti Faiq Ağayev bütün dünyanı yardım etməyə çağırıb:

"Türkiyəni yanğınlar bürüyüb. Adana, Muğla, Mersin, Bodrum, Osmaniye, Kayseri, Marmaris, Didim, İzmir, Kocaeli, Kozam, Kütahya... Manavqatdakı dostlarım imdad edir. Allah rəhmini göstərsin! Qardaş Türkiyə üçün dua edirik. Onları tək qoymayaq!”.

Meşə yanğınları ilə bağlı paylaşım edənlər arasında  Röya, Aygün Kazımova, Flora Kərimova, Xuraman Şuşalı və başqaları da olub.

Son xəbərlər

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

Bütün xəbərlər