{category-title}

Azərbaycanda əhalini vaksinasiyaya cəlb etmək üçün həvəsləndirici addımlar atıla bilər - AÇIQLAMA

 



Son günlər ölkədə vaksinasiya ilə bağlı məsələlər geniş müzakirə olunur. Belə ki, vaksin vurdurmağın könüllü olduğu açıqlansa da, artıq vaksinsiz şəxslərə bir sıra məhdudiyyətlərin qoyulacağı ilə bağlı rəsmi məlumatın açıqlanması insanlarda çaşqınlıq yaratdı. Üstəlik statistika peyvənd vurduranların sayının hər keçən gün artdığını göstərsə də, yoluxma və ölüm faizində bunun öz əksini tapmaması da bir sıra spekulyasiyalara səbəb olur. Belə ki, insanların çoxunun vaksin vurdurmadığı, saxta COVID-19 pasportu aldığı, bunun da ölkədə rüşvət və korrupsiya hallarını artırdığı iddialar arasındadır. Onu da diqqətə çatdıraq ki, bir sıra ölkələrdə əhalinin kütləvi vaksinasiyasına nail olmaq üçün məhdudlaşdırıcı tədbirlərlə yanaşı, bəzi stimullaşdırıcı addımların da atıldığı müşahidə edilir. 

Maraqlıdır, Azərbaycanda da əhalini vaksinasiyaya cəlb etmək üçün həvəsləndirici metoddan istifadə mümkündürmü?

Bu barədə Sfera.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ölkəmizdə də bu istiqamətdə həvəsləndirici addımların atılması mümkündür. Amma onun ciddi effekt verəcəyi sual altındadır:


"Vaksinasiya prosesini sürətləndirmək üçün bir çox ölkələrdə, ABŞ, Avropa, hətta Rusiyada müxtəlif təşviqedici addımlar atılır. Azərbaycanda vaksinasiyanın sürəti hələlik heç də pis deyil. Görünən odur ki, gün ərzində 70-80 min insan ən azından ilk dozanı qəbul edir. Azı 1 dəfə vaksin olunmuş insanların sayı 5 milyona yaxınlaşır. Bu kifayət qədər yüksək rəqəmdir, ölkədəki 18 yaşdan yuxarı əhalinin böyük hissəsini əhatə edir. Operativ Qərargah vaksinləşməni dolayı yolla stimullaşdırmaq üçün bəzi məhdudlaşdırıcı tədbirlərə də əl atıb. COVİD pasport məsələsi gündəmə gəlib. Bunun özü insanların peyvənd olunmağa meyllənmələrinə gətirib çıxarıb. 

Məhdudlaşdırıcı addımlar çox olduğundan insanlar zatən son zamanlar sürətlə vaksinləşməyə gedir. Şəxsən düşünürəm ki, vaksinləşmə lazımdır. Bu pandemiyanın sona çatmasında mühüm rol oynayacaq. Amma COVİD pasport məsələsi insan haqları ilə bağlı müəyyən problemlər yaradır. Ona görə də Azərbaycanda bu məsələdə elə bir qızıl orta tapılmalıdır ki, həm pandemiyaya qarşı mübarizədə effekt versin, həm də insanın seçim hüququna zərbə vurulmasın”. 

N.Cəfərlinin fikrincə, Azərbaycanda da məhdudlaşdırıcı addımlarla yanaşı, bəzi həvəsləndirici, təşviqedici addımlar da atıla bilər: 

"Məsələn insanları peyvəndlənməyə cəlb etmək üçün təşviqedici addım kimi vaksinləşmiş insanlara vergi və sosial ödənişlərdə, habelə bir neçə ay müddətinə kommunal xidmətlərdə güzəştli şərtlər tətbiq edilməlidir. Azərbaycanda bu tip stimullaşdırıcı addım daha çox effekt verəcək, nəinki birbaşa maddi vəsait ödəmək”.   

Son xəbərlər

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

Bütün xəbərlər