{category-title}
Gündəm / Olkə
13.07.2021, 13:30
Cari ildə neçə şəxsə əlillik təyin edilib? - RƏSMİ AÇIQLAMA
Bu ilin 6 ayında 21 525 şəxsə əlillik təyinatı aparılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 7 018 nəfərə ilkin, 14 507 nəfərə isə təkrar əlillik təyinatı aparılıb. 2020-ci ilin analoji dövrü ilə müqayisədə təyinatların sayı 68 faiz artıb.
Həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlər də təyin olunub.