{category-title}

 

İlham Əliyev Baydeni təbrik etdi

 


Prezident İlham Əliyev ABŞ Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində bir sıra sahələrdə strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərimiz, ikitərəfli əlaqələrimizin inkişaf dinamikası məmnunluq doğurur.

İrimiqyaslı enerji layihələri, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmə qarşı mübarizə, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası çərçivəsində sıx əməkdaşlığımız Azərbaycan-ABŞ münasibətlərini səciyyələndirən mühüm istiqamətlərdəndir. Biz enerji təchizatı marşrutlarının diversifikasiyası, xüsusilə də Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasına Birləşmiş Ştatların göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.

Bildiyiniz kimi, keçən il 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmuş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası təmin edilmişdir.

Münaqişənin başa çatması bölgədə yeni geosiyasi reallıq yaratmış, davamlı sülh, iqtisadi dirçəliş və regional əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırmışdır.

Hesab edirəm ki, ABŞ yaranmış reallığa uyğun olaraq Azərbaycan ilə Ermənistan arasında ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün bərqərar olmasına və etimad mühitinin yaradılmasına əhəmiyyətli töhfə verə bilər.

Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz bu prosesdə tərəfdaş qismində ABŞ şirkətlərini də görmək istərdik.

İnanıram ki, Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə bir daha Sizə ən səmimi təbriklərimi yetirir, Amerika Birləşmiş Ştatlarına daim əmin-amanlıq və rifah arzulayıram”.


Son xəbərlər

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Bütün xəbərlər