{category-title}
Gündəm / Cəmiyyət
2.07.2021, 15:26
Rusiya Arktikada sualtı qayıqların xüsusi təliminə başladı
Rusiya Arktikada, Barens və Norveç dənizlərində sualtı qayıqlarının silahlarını sınaqdan keçirməsi ilə bağlı xüsusi təlimlərə başlayıb.
Bu barədə Rusiyanın Şimal donanması məlumat yayıb.
“Təlimlərdə bir neçə sualtı qayıq, o cümlədən dördüncü nəsil sualtı qayıqların ekipajları iştirak edir. Silahların sınaqları 500 metr dərinlikdə keçirilir”, - deyə məlumatda bildirilib.