{category-title}

 

 

Sağlam və firavan gələcək öz əlimizdədir

 

Birmənalı olaraq deməliyik ki, Azərbaycan dövləti pandemiya ilə mübarizənin ilk günlərindən əhalinin həm sağlamlığını, həm də yüksək rifahını qorumaq üçün bütün lazım olan tədbirləri vaxtında və ən effektiv şəkildə həyata keçirib. Əgər bu gün Azərbaycan dünyada pandemiyanın qurbanlarının sayına görə sonuncu yerlərdə gələn ölkələrdən biridirsə, bu da məhz dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin nəticəsidir.

 

Lakin, indi artıq koronavirusdan sadəcə qorunmağın deyil, onu həyatımızdan tamamilə çıxarmağın vaxtıdır. Buna isə yalnız və yalnız vaksinasiya ilə nail olmaq olar.

 

Əslində təkcə Azərbaycanda deyil, bütün dünyada pandemiya ilə mübarizə tədbirlərinin əsas məqsədi məhz vaksin tapılan vaxta qədər insan tələfatını minimuma endirmək idi. Koronavirusun tamamilə aradan qaldırılması isə yalnız kütləvi peyvənd olunma yolu ilə baş tuta bilər.

Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Həm də nəzərə almaq lazımdır ki, dünya səhiyyəsinin tarixində bəşəriyyəti təhdid edən ən qorxulu epidemiyalar hər zaman son nəticədə məhz vaksinasiya yolu ilə aradan qaldırılıblar. Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərinin və ölüm hallarının azalmasına kömək olub. Bu gün də bəşəriyyət yeni bir ağır yoluxucu xəstəliyin, COVİD-19 pandemiyasının ciddi təhdidi ilə üz-üzədir. Bu təhdidin aradan qaldırmanın yeganə yolu da məhz vaksinasiyadır.

Vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir. Prezident cənab İlham Əliyevin qətiyyəti, eyni zamanda, şəxsi nüfuzu sayəsində Azərbaycan vaksin əldə edən ilk dövlətlərdəndir. Dünyanın bir çox ölkəsi peyvənd əldə etmək üçün, sözün həqiqi mənasında, mübarizə aparır, hətta bəzi ölkələr vətəndaşlarını hələ də vaksinlə təmin edə bilməyiblər. Azərbaycan isə məhz dövlət rəhbərinin uzaqgörənliyi sayəsində qısa zamanda vaksin əldə edə bildi. Hazırda, ölkədə peyvəndləmə davam etdirilir və şükürlər olsun ki, vaksin çatışmazlığı ilə üzləşməmişik.

Məlumat üçün bildirək ki, ölkəmizdə hazırda Çinin Sinovac Biotech (SVA.O) şirkəti tərəfindən istehsal olunan CoronaVac, Oksford Universitetində İngiltərə və İsveç alimləri tərəfindən yaradılan AztraZeneca (Vaxzevria), Rusiyanın Gamaleya Universitetində yaradılan Sputnik V və Pfizer - Almaniya biotexnologiya şirkəti BioNTech tərəfindən Amerika Pfizer və Çinli Fosun Pharma ilə birlikdə hazırlanmış COVİD-19 əleyhinə MRNT əsaslı peyvəndlər istifadə olunur. Onların hər biri effektiv və təhlükəsizdir. Son günlər peyvənd olunanların sayının artması ölkəmizdə insanların bu bəladan qurtarması, normal həyatlarını yaşamaları, təhlükəsiliklərinin təmin olunması istəklərindən irəli gəlir.

Koronavirusla bağlı müsbət dinamika nəticəsində, may ayından etibarən ölkədə bir sıra məhdudiyyətlər artıq aradan qaldırılmışdır. Bu göstəricilər bizi yenə ümidləndirir ki, yaxın gələcəkdə daha bir neçə məhdudiyyət ləğv edilə bilər. İstənilən halda vətəndaşlar arxayınlaşmamalı, ehtiyatı əldən verməməlidirlər.

Çünki dünyada koronavirus infeksiyasının yeni ştamları yaranır və sürətlə yayılır. Beləliklə, xalqımız əvvəlki vəziyyətə qayıtmamaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı tövsiyələrinə əməl etməlidir. Qapalı yerlərdə tibbi maskalardan istifadə, eyni zamanda, sosial məsafənin qorunması, kütləvi yığıncaqların təşkil edilməməsi və şəxsi gigiyena kimi bir çox məsələlərə diqqət yetirmək lazımdır.

 

 

Zülfiyyə Baxışova,

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzində şöbə müdiri

Son xəbərlər

Ayrılan pullar bizə çatmır - Zelenski

Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır

Həmid Nurinin oğlu da İsveçdə həbs edildi

Kreml Puqaçova ilə bağlı açıqlama yaydı

“Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR

Milli Məclisin növbəti iclasının TARİXİ

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH

“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb

Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?

“Crocus City Hall” terrorunda yaralananların sayı artdı

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Bütün xəbərlər