{category-title}

 

Vaksinasiya müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarındanən ən effektlisi, iqtisadi cəhətdən ən əlverişlisidir

 

 

İnsanların sağlamlığının qorunması pandemiya ilə bağlı mübarizə strategiyasının əsas xəttini təşkil edib və virusa qarşı mübarizənin ən effektiv yolu, şübhəsiz ki, peyvəndlərin tətbiqindən keçir. Ümumiyyətlə, vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur. İnsanı 1 və ya 2 həftə xəstə edən COVID-19 virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir.

Bir məqamı xüsusi qeyd etmək gərəkir ki, peyvəndlər digər insanları da qoruyur. Çox az sayda olsa da vaksinasiyaya əks göstərişi olan insanlar da var. Peyvənd olunanlar qazanılan immunitet sayəsində onları da qorumuş olur. Bu siyahıya vaksinasiya strategiyasına uyğun olaraq hamilə qadınlar, süd verən analar, 18 yaşdan kiçik vətəndaşlar da aiddir. COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir. Bu mənada, vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir. Məsələn, COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilmədi. Pandemiya "müasir dövrdə təhsilə vurulan ən böyük zərbə" hesab edilə bilər. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir.

Eləcə də, peyvənd olunmaqla iqtisadiyyata vurulan ziyanın qarşısı alına bilər. COVID-19 səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və s. sahələrdə böyük iqtisadi itkilər yaşandı və dünyada milyonlarla insan iş yerini itirdi. Dünyada iqtisadi itkilərin bərpa olunması üçün vaksinasiya yeganə yoldur. Vaksinasiya ilə mədəni həyat canlanacaq, insanların gündəlik həyatında sosial aktivlik artacaq. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Bir sözlə, vaksinasiya müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarındanən ən effektlisi, iqtisadi cəhətdən ən əlverişlisidir.

 

 

Yenifail Qəhrəmanov,

Salyan rayon TTYS-nın baş həkimi

Son xəbərlər

Ayrılan pullar bizə çatmır - Zelenski

Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır

Həmid Nurinin oğlu da İsveçdə həbs edildi

Kreml Puqaçova ilə bağlı açıqlama yaydı

“Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR

Milli Məclisin növbəti iclasının TARİXİ

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH

“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb

Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?

“Crocus City Hall” terrorunda yaralananların sayı artdı

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Bütün xəbərlər