{category-title}

Rusiya Azərbaycanı üzükqaşı kimi həlqəyə alır... - NƏ BAŞ VERİR?

 



Azərbaycan və Ermənistan arasında mayın ortalarından Sünik (Zəngəzur) istiqamətində başlayan sərhəd gərginliyi səngiyib. Hərbçilər arasında sonuncu dəfə toqquşma bu ayın əvvəlində baş vermişdi. Sosial şəbəklərdə yayılan videolarda ermənilərin Azərbaycan əsgərləri tərəfindən sərhədddən uzaqlaşdırıldığı görünürdü. Qərb və Gürcüstanın vasitəçiliyi ilə hərbi əsirlərin və mina xəritələrinin mübadiləsindən sonra hər hansı insident qeydə alınmayıb.

Bu gün məlum olub ki, sərhədin həmin hissəsinə Rusiya qoşunları yerləşdiriləcək. Söhbət Qarabağdakı sülhməramlılardan yox, Gümrüdə yerləşən Rusiya hərbi bazasının hərbçilərindən gedir. Bu barədə Ermənistanın Geqarkunik vilayətinin qubernatoru Qnel Sanosyan açıqlama verib. “Yaxın günlərdə sərhədin bu hissəsinə rusiyalı hərbçilər yerləşdiriləcək. Bundan sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri sərhəddən qarşılıqlı olaraq geri çəkiləcək. Bu istiqamətdə iş aparılır, vəziyyət tənzimlənəcək. Bu, üçtərəfli danışıqların nəticəsidir, paralel proses də gedir”, – deyə o, söyləyib.

Ermənistan mediası isə bu ölkə və Rusiya müdafiə nazirlərinin rusiyalı sərhədçilərin sərhəddə yerləşdirilməsini müzakirə etdiklərini yazıb. Xatırladaq ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ötən həftə demişdi ki, Rusiya gərginliyin azaldılması üçün fəal vasitəçilik səyləri göstərməkdədir. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan hələlik bu məsələ üzrə yekun qərar olmadığını vurğulayıb. Azərbaycan tərəfinin məsələyə razı olub-olmamasına gəlincə, Davtyan deyib ki, danışıqlar Rusiya tərəfi ilə aparılır, buna görə də suallar var: “Məqsədimiz Azərbaycan hərbi birləşmələrinin ərazimizdən qarşıdurmasız çəkilməsidir”.

Qeyd edək ki, rəsmi Bakı bu barədə məlumatlara hələ münasibət bildirməyib. Amma erməni mənbələrinin əminliyi hansısa ümumi razılaşmanın əldə olunmasından xəbər verir. Əslində Rusiya üçün bu hadisə yeni fürsətlər yaradırdı və gedişatdan görünür ki, Moskva fürsəti fövtə vermir. 44 günlük müharibədən sonra Dağlıq Qarabağa sülhməramlılar yerləşdirən Moskva artıq Azərbaycanla Ermənistan arasındakı bütün problemli məsələlərin həllində arbitr rolunda çıxış edir. Məqsəd təbii ki, regionda mövqelərini daha da möhkəmləndirməkdir.

Sərhəd məsələsinin həlli üçün Rusiyanın əlində bütün xəritələr var. Azərbaycan həm də bu səbəbdən Moskvanın təklifləri ilə razılaşıb. Rəsmi Bakı təklif edir ki, sərhədlər sovet dövründə çəkilmiş xəritələr əsasında müəyyən edilməlidir. Ermənistanın da buna etirazı yoxdur, amma hər iki tərəf ayrı-ayrı xəritələrə istinad edir.

Rus qoşunlarının sərhəddə yerləşdirilməsi isə yeni məsələdir və əslində bu, Ermənistanla Rusiya arasında razılaşdırılıb, Azərbaycanın ona müdaxilə etmək imkanları yoxdur. Amma Paşinyanın təklif etdiyi kimi, tərəflər güzgü effekti ilə sərhəddən geri çəkiləcəklərmi? Bu, Azərbaycanın geri addım atması anlamına gələrdi. Sərhəddə davam edən möhkəmləndirmə işləri ondan xəbər verir ki, rəsmi Bakı geri çəkilmək fikrində deyil.

Nikol Paşinyanın seçkilərdə inamlı qələbə qazanması Azərbaycanla Ermənistan arasında birbaşa təmasların qurulacağına ümidlər yaradıb. O, çıxışlarında sülhdən və regionda bütün kommunikasiyaların bərpasının vacibliyindən danışıb. Əgər Paşinyan vədlərinə sadiq qalıb, Azərbaycanla ikitərəfli dialoqa təşəbbüs edərsə, Bakının onunla təmaslara başlayacağı şübhə doğurmur. Çünki rəsmi Bakı bəyan edib ki, Ermənistanın konstruktiv mövqe tutaraq perspektivdə Azərbaycanın ərazi bütövlüyünü tanıyacağına ümid edir.

Lakin bu ehtimalların reallaşması, yəni prosesin onun iradəsindən kənar cərəyan etməsi Rusiyanın maraqlarına uyğun deyil. Çünki münaqişə tərəfləri birbaşa əlaqə qurub, problemləri həll etmək yönündə iradə nümayiş etdirirsə, üçüncü tərəfin vasitəçiliyinə ehtiyac qalmır. Bu, gələcəkdə Qarabağ probleminin qəti həlli üçün də yeni imkanlar yarada bilər. 
//pressklub.az//

Son xəbərlər

“Bundan sonra bura Zəfər meydanıdır”

Başsağlığı

Prezident xalqı təbrik etdi

“Bu il bu proses davam edəcək”

Novruzda da bu küçələr avtomobillər üçün bağlı olacaq

Hər bir çağırış sülhün, təhlükəsizliyin təmin edilməsinə yönəlib

“Trabzonspor” – “Fənərbaxça” oyununa görə 12 nəfər saxlanıldı

“Azərbaycan-Rusiya münasibətləri sabit inkişafı ilə seçilir”

NATO Baş katibinin Azərbaycana səfəri başa çatdı

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib

Texniki müayinə mərkəzləri bayram günlərində işləyəcək - DYP

Bəzi sayt rəhbərləri Aydın Polat haqqında şantaj xarakterli yazı yazanda yaxşı-yaxşı fikirləşin

Yaz fəslinin Azərbaycana daxilolma vaxtı AÇIQLANDI

Putindən seçki açıqlaması: Bu, məni təəccübləndirdi

Anar Rzayev hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Əli Əsədov qərar imzaladı

NATO qoşunları Ukraynaya girsə, III Dünya müharibəsi başlayacaq - Nazir

Qurban Qurbanov Almaniya klubundan TƏKLİF ALDI

Milli Məclisin deputatı Vyanaya gedir

Bəzi sayt rəhbərləri Haci Məhərrəm Novruzov haqqında şantaj xarakterli yazı yazanda yaxşı-yaxşı fikirləşin

Quterreş üç ölkənin liderinə məktub yazdı

Azərbaycanda dərman zavodları nə vaxt açılacaq? - VİDEO

Parisdə səfirliyin Mədəniyyət Mərkəzində Novruz bayramı qeyd edilib

Quterreş Ərdoğan, Zelenski və Putinə məktublar göndərdi

Bütün xəbərlər