{category-title}



Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun reallaşacağı tarix AÇIQLANDI

 


“Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun sentyabrın 5-də keçirilməsi planlaşdırılır”.

Bu sözləri jurnalistlərə açıqlamasında AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov deyib.

O bildirib ki, yanvar ayının 14-də başlayan işlər çərçivəsində geniş füzelyajlı hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 km, eni 60 m olan uçuş-enmə zolağının torpaq yatağının hazırlanması işləri tamamlanıb:

“Hazırda əsas layın asfalt beton örtüyünün salınması işləri davam etdirilir.

Sahəsi 60 min kvadrat metr olan səkkiz hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Terminal binasında dəmir beton konstruksiyaların quraşdırılma prosesi gedir. Italiya istehsalı olan dam örtükləri Artıq Azərbaycana gətirilib, Türkiyədən sifariş olunan fasad elementləri isə gətirilmək üzrədir”.

AZAL rəsmisinin sözlərinə görə, hava hərəkətinin təmin edilməsi üçün qüllənin tikintisinin dəmir beton konstruksiya işlərinin 1 həftə ərzində yekunlaşdırlması planlaşdırılır.

“İstifadə olunan avadanlıqların hamısı Avropa istehsalıdır və testdən keçirilərək Bakıya gətirilib. Bu sahədə beton özüllərin quraşdırılması isə bu ayın sonuna planlaşdırılır. Uçuş-enmə zolağında tikinti işləri sentyabrın 5-nə kimi tamamlanacaq”, - deyə V.Əmiraslanov qeyd edib.

Son xəbərlər

Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər

Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırıldı

Paşinyan istefa verməyə hazırlaşmır

Bu vərdişləri tərgidin, yoxsa...

Bakıda hoteldə 4 nəfər zəhərləndi - 2-si öldü

“Qərb istəyinə çatsa, növbəti Gürcüstan-Rusiya müharibəsi başlayacaq” – SENSASİON PROQNOZ

Milli Məclis Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanunu qəbul edib

Meyxanaçı ilə aparıcının toyudur

Tərtər məktəbliləri arasında dava - 1 nəfər öldü

Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

Gənc nəsil üçün yeni imkanlar açılır - Emin Əmrullayev

Bayden və II Abdullah Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb

Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaq

Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - Foto

ACF-nin idman direktoru: Hazırkı yeniyetmə cüdoçuların itib-batmasını istəmirik

Ağdərədə sümük fraqmentləri aşkarlanıb

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Laos Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Premyer Liqasında XXXIII tura bu gün yekun vurulacaq

Rusiya Volodimir Zelenskini axtarışa verib

Bütün xəbərlər