{category-title}

 

"Biz beynəlxalq hüquq çərçivəsində hərəkət etdik" - İlham Əliyev

 

"Siz Azərbaycanda fəaliyyətə bizim üçün çox önəmli bir vaxtda başlayırsınız. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının uzunmüddətli işğalına son qoyan Vətən müharibəsində keçən il qazandığımız Qələbə region üçün, Azərbaycan üçün yeni dönəmdir, Azərbaycanın və regionun yeni inkişaf mərhələsidir".

Bunu Prezident İlham Əliyev iyunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının Azərbaycana yeni təyin olunan qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən deyib.

"Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, Ermənistan onların tələblərinə əməl etmədi və torpaqlarımızı, demək olar ki, 30 il ərzində işğal altında saxladı, beynəlxalq hüququ kobudcasına pozdu, erməni qoşunlarının ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsini kobudcasına pozdu. Bu qətnamələr 27 il ərzində hər hansı bir irəliləyiş olmadan kağız üzərində qaldı. Odur ki, Azərbaycan bu qətnamələri özü icra etdi, ərazi bütövlüyünü bərpa etdi və bu ədalətsizliyə son qoydu. Təkcə Birləşmiş Millətlər təşkilatının Təhlükəsizlik Şurası yox, həmçinin ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq təşkilatlar və bir çox digər təşkilatlar Azərbaycanın Ermənistanla münaqişə ilə bağlı ədalətli mövqeyinə dəstək oldu və bu, məsələnin həlli üçün çox möhkəm beynəlxalq təməl yaratdı. Beləliklə, biz beynəlxalq hüquq çərçivəsində hərəkət etdik, biz bütün ölkələrə özünümüdafiə hüququ verən BMT-nin nizamnaməsi əsasında hərəkət etdik və 44 günlük müharibə zamanı biz məhz bunu da etdik", - dövlət başçısı vurğulayıb.

 

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər