{category-title}

 

Azərbaycan gəncləri beynəlxalq gənclər forumlarına çağırış etdi - FOTO

 


4 iyun 2021-ci il tarixində Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində media nümayəndələrini daşıyan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşərək partlaması nəticəsində iki nəfər media nümayəndəsi - Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyevin həlak olması və 4 nəfərin yaralanması ilə bağlı Azərbaycanın gəncləri və gənclər təşkilatları beynəlxalq gənclər forumlarına çağırış edib.

Təşkilatdan verilən məlumata əsasən, çağırışda qeyd edilir ki, Kəlbəcərdə baş vermiş son hadisə Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn növbəti ciddi pozuntusudur.

Belə ki, ötən 30 ilə yaxın dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın yerli əhaliyə və infrastruktura qarşı törətdiyi vandalizmə görə üzr istəməsini gözlədiyimiz halda, bu ölkə həmin ərazilərdə basdırdığı minaların xəritəsini verməkdən imtina edir və nəticədə, artıq 6 aydan çoxdur ki, azad edilmiş bu ərazilərdə mülki əhali mina partlayışı nəticəsində həlak olmaqda davam edir. Ermənistanın bunu etməkdə yeganə məqsədinin azərbaycanlı əhalinin həmin ərazilərə təhlükəsiz və layiqli şəkildə qayıtmasını əngəlləməkdir.

Sənəddə diqqətə çatdırılıb ki, üç ölkə rəhbərinin ötən il noyabrın 10-da imzaladıqları və silahlı münaqişəyə son qoyan bəyanatından sonra 130-dan artıq azərbaycanlı mülki şəxs, o cümlədən xeyli gənc məhz mina partlayışı nəticəsində həlak olmuş və ya xəsarət almışlar.

Qeyd olunur ki, Ermənistanın bu məsuliyyətsiz və cinayət xarakterli davranışı təkcə beynəlxalq humanitar hüquqa ziddiyyət təşkil etmir, həmçinin iki ölkə arasında etimad quruculuğunu və davamlı sülhün bərqərar olmasını əngəlləyən ən əsas amildir. Sonda Azərbaycan gəncləri və gənclər təşkilatları beynəlxalq gənclər forumlarını Ermənistanın müharibə cinayətlərini pisləməyə, həmçinin minalı ərazilərin xəritələrini təxirəsalmadan təqdim etməsini, təxribatçı addımlarından əl çəkməsini və beynəlxalq hüquqdan irəli gələn bütün öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırıblar.

Son xəbərlər

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Bütün xəbərlər