{category-title}

Dövlət Sosial Müdafiə Fondu işçi axtarır

 



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu əsasən Bakı şəhərində yerləşən struktur bölmələrindəki vakant vəzifələrə işçi qəbulu üçün müsabiqə elan edir.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, Fonda pensiya, sosial müavinətlər və təqaüdlər, ünvanlı dövlət sosial yardımı, sosial sığorta, maliyyə və mühasibatlıq, vətəndaşların yazılı müraciətlərinin araşdırılması istiqamətləri üzrə işçilər tələb olunur. İşə qəbul prosesi test imtahanı və müsahibədən ibarət olmaqla iki mərhələdə keçiriləcək.

Namizədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az saytı vasitəsi ilə e-xidmətlər bölməsində “Dövlət Sosial Müdafiə Fondunun vakansiyalarına müraciət” pəncərəsinə daxil olaraq müraciət edə bilərlər. Onlar işə qəbul üçün müraciət vərəqini nümunəyə uyğun formada doldurub skan etməli, “pdf” fayl formatında yükləyərək təsdiqləməlidirlər. Yalnız ərizəsini (müraciət vərəqini) təsdiq etmiş namizədlərin müraciətlərinə baxılacaq.

Vakant vəzifələrin tələblərinə uyğun gələn namizədlər test imtahanı mərhələsində iştirak etmək hüququ qazanacaq və namizədlərə imtahanın keçiriləcəyi yer və vaxt barədə bildiriş göndəriləcək. İmtahanda qiymətləndirmə qeyd edilən elektron portalda yerləşdirilmiş ədəbiyyat siyahısına əsasən tərtib edilmiş 100 test tapşırığından ibarət olacaq. İmtahan nəticələri barədə məlumatlar da e-sosial.az saytında yerləşdiriləcək.

Test imtahanını müvəffəqiyyətlə verən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Onlara müsahibənin keçiriləcəyi yer və vaxt barədə bildiriş göndəriləcək, həmçinin DSMF-nin sosial şəbəkə hesablarında və kütləvi informasiya vasitələrində də bu barədə məlumat veriləcək.

Son xəbərlər

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Bütün xəbərlər