{category-title}
Gündəm / Cəmiyyət
3.06.2021, 15:01
Rusiya şirkəti Xəzərdə “Dostluq” yatağının operatoru olmaq istəyir
“Lukoil” şirkəti Xəzər dənizindəki “Dostluq” yatağının operatoru olmaq istəyir.
“İnterfax” xəbər verir ki, bu sözləri “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda jurnalistlərə açıqlamasında söyləyib.
“Dostluq”la bağlı məsləhətləşmələr aparılır, hökumətlərarası razılaşma hazırlanır. Biz operator olmaq istəyirik, nə qədər paya sahib olacağımızı isə hələ bilmirik”, - deyə Vahid Ələkbərov bildirib.
Mütəxəssislərin fikrincə, “Dostluq”un 50 milyon ton neft ehtiyatları var.
Qeyd edək ki, Azərbaycan və Türkmənistan Xəzərdə yerləşən “Dostluq” yatağının birlikdə işlədilməsi haqqında razılığa gəliblər.