{category-title}

 

Lavrovun səfərindən dərhal sonra sərhəddə qarşıdurma – Nə baş verir?

 

"Azərbaycan Ordusunun işğal dövründə Ermənistanın qanunsuz irəli çəkdiyi dövlət sərhədini bərpa etməsi rəsmi İrəvan tərəfindən gərginlik ocağına çevrilir”.

Bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O qeyd edib ki, gərginliyin yaradılmasının Ermənistan hakimiyyətinin maraqları kontekstində birdən çox səbəbi var:

"Müharibədən sonra dövlət sərhədinin bərpası ilə razılaşan Paşinyan seçkilərə getdiyi vaxt Ermənistan cəmiyyətində ajiotaj yaradan bu məsələdə geri çəkilmək istəmir və prosesin sonunda istədiyinə nail ola bilməsə belə, ən azından çalışdığını göstərə biləcək. Həmçinin sərhədin bərpası qaçılmaz olacaqsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət nəticəsiz qalacaq, lakin Paşinyan bundan seçki öncəsi Rusiyaya sığınan əsas rəqiblərinə qarşı istifadə edə bilər.

KTMT-yə müraciət nəticə verməyəcəksə, Nikol seçkidən sonra bu faktı Rusiyadan uzaqlaşmaq üçün səbəb kimi göstərə bilər. Lakin gərginliyin Lavrovun bölgəyə gəlişindən dərhal sonra yaşanması və məsələnin KTMT-nin gündəliyinə çıxarılması prosesdə rusların izinə diqqət çəkir. Mümkündür ki, Rusiya xarici işlər naziri regiona səfərində, xüsusilə Bakıda istəyinə nail ola bilmədi, görüşdə səslənən fikirlər və rəsmi Bakının mövqeyi də bu fikri gücləndirir”.

Politoloqun sözlərinə görə, Rusiya bölgədə zəifləyən təsir vasitələrini gücləndirmək üçün yeni gərginlik ocağı yaradır və bunun dövlət sərhədində olmasının uzaqmənzilli hədəfləri var:

"30 il ərzində Qarabağ münaqişəsindən Azərbaycan və Ermənistanı öz orbitində saxlamaq üçün istifadə edən Rusiyaya yeni münaqişə ocağı, ən azı mübahisəli məsələ lazımdır. Üçtərəfli razılaşmalar və Azərbaycanın israrlı mövqeyi Qarabağda sülhməramlıların nəzarətindəki bölgələrin uzunmüddətli perspektivdə rıçaq olaraq istifadə etməyi çətinləşdirir.
Niyə Laçın-Gorus sərhədindəki Qaragöl hövzəsi? İstisna deyil ki, Lavrov sərhədlərin demarkasiyası məsələsini İrəvanda və Bakıda müzakirə edib və İrəvanda Ermənistanın, Bakıda Azərbaycanın mövqeyinə uyğun mövqe sərgiləyib. Bu, həmin bölgədə hər iki tərəfin öz mövqeyində israrlı olmağa həsəvləndirmək gedişi ola bilər. Rusiya yaxşı bilir ki, bu bölgə SSRİ vaxtında da mübahisəli ərazi olduğu üçün iki ölkə tərəfindən müştərək qərarla qoruq kimi istifadə edilirdi. İndi bu bölgə Azərbaycan və Ermənistan sərhədində mübahisəyə çevrilə biləcək ən optimal ərazilərdən biri ola bilər”.

A.Nərimanlı bildirib ki, yeni mübahisənin dövlət sərhədində yaradılması, prosesə KTMT-nin qoşulması Qarabağdan fərqli olaraq, məsələnin hərbi yolla həllini çətinləşdirir və bu, Rusiyanın "hakim” roluna şərait yaradan amildir: "Prosesə KTMT-nin qoşulması həm də təşkilata üzv olan türkdilli ölkələrini Bakı və Ankara ilə münasibətdə çətin vəziyyətə sala, Rusiyanın "zəif qarnı” olan Mərkəzi Asiyada güclənən türk birliyinin önündə maneələr yarada bilər.
Lavrovun gedişindən sonra sərhəddə yaranmış gərginlik və Ermənistanın KTMT-yə müraciəti Paşinyanın seçki planından daha çox, 30 ildə ilk dəfə Cənubi Qafqazda mövqeləri bu qədər zəifləyən rusların oyunu kimi görünür”.

 

Son xəbərlər

Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - Fotolar

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Paşinyan Putinin andiçməsinə gedəcək?

Tanınmış rusiyalı müxalif yazar həbs olundu

“Müğənnilər qadağan olunmuş əzalarını göstərirlər” - Xalq artisti

“Qarabağda erməni yoxdursa, sülhməramlıların orada nə işi var?” - Zatulin

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə start verilir

Prezident Şirvan suvarma kanalının təməlini qoydu

Fateh Can: Fədakar alim və cəfakeş ana

Ələt-Astara magistralında təhlükəli vəziyyət

Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq

HƏMAS İsrailə güzəştə getməkdən imtina edib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verildi

Adəmin atasına 30 sutka həbs verildi

Çingiz Abdullayev qidadan zəhərlənib? - Rəsmi

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

Sabah 27 dərəcə isti olacaq - HAVA PROQNOZU

“Boynum sınaydı, bu sənətə gələndə” - Mətanət İsgəndərli

COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ

“Qarabağ”ın daha iki potensial rəqibi bilindi

Bakıda gənc qız intihar etdi

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

Bütün xəbərlər