{category-title}

Zakir Həsənov Azərbaycan ordusunu təbrik etdi

 



Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan ordusunun şəxsi heyətini təbrik edib.

Təbrikdə deyilir:

“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik, bərabərlik rəmzi olan Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətlərinizdə uğurlar arzulayıram.

Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayram kimi qeyd olunan Ramazan bayramı insanlar arasında bərabərliyi, birliyi daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə təcəssüm etdirir.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsini, milli-mənəvi dəyərlərimizi yüksək tutaraq adət və ənənələrimizin qorunub saxlanmasını reallığa çevirdi. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqları möhkəmlənərək, Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər qazanıb. Ölkəmizin müdafiə qüdrəti gündən-günə artaraq, daha da güclənib. Bu gün müstəqil Azərbaycanımızın adı dünyanın ən inkişaf etmiş dövlətləri sırasında inamla çəkilir.

Ötən il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında erməni silahlı birləşmələrinin törətdiyi təxribatlara qarşı ordumuzun başladığı uğurlu əks-həmlə əməliyyatlarında, 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlar, fədakarlıq nümunələri sayəsində 30 ilə yaxın düşmən işğalında qalan tarixi torpaqlarımız azad edildi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, eyni zamanda ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Rəşadətli Azərbaycan ordusunun işğaldan azad etdiyi tarixi torpaqlarımızda indi üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, şəxsi heyəti bayram münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıram.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığınızı daha da artıraraq Ali Baş Komandanın əmr və tapşırıqlarının ən yüksək səviyyədə yerinə yetirilməsinə nail olacaqsınız.

Sizi müqəddəs Ramazan bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə nailiyyətlər arzulayıram. Ramazan bayramı həyatınıza əmin-amanlıq, firavanlıq, süfrələrinizə bol ruzi, bərəkət gətirsin.

Bayramınız mübarək olsun!”

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər