{category-title}

Prezident bu dəfə Naxçıvandan elan etdi: 5 şərt - GƏLİŞMƏ

 


Azərbaycan Prezidenti İlham Əliyevin müharibədən sonra müxtəlif açılışlara qatılarkən və bölgələrə səfərləri zamanı Dövlət Televiziyasına müsahibələri təsadüfi deyil. İlham Əliyev bu müsahibələr vasitəsilə müxtəlif dövlətlərə mesajlar göndərməyi lazım bilir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Prezidentin Naxçıvana səfəri zamanı da müxtəlif dövlətlərə gərəkli mesajlar verildi:

“Birincisi, İlham Əliyev bir daha təkrarladı ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi artıq yoxdur. Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq doğru deyil”.

İlham Əliyev bunu ona görə dedi ki, bəzi dövlətlər münaqişənin həll olunmasıyla bağlı açıqlamalar verirlər. İlham Əliyevin isə məntiqi belədir ki, əgər münaqişə həll olunmayıbsa, onda noyabrın 10-da imzalanmış bəyanatın mənası nədir?

İkincisi, İlham Əliyev dedi ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın və Ermənistanın 10 noyabrda qəbul etdiyi bəyanat münaqişənin həlliylə bağlı sənəddir. Çünki bəziləri 10 noyabr bəyanatını atəşkəs sazişi kimi qiymətləndirir. İlham Əliyev bununla razı deyil. Çünki atəşkəs bəyanatında cəmi bir bənd olur. 10 noyabr bəyanatında isə bir neçə bənd var. İlham Əliyev məntiqi sual da səsləndirir: “Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər?”

Üçüncüsü, İlham Əliyev Kanadanın və Fransanın Azərbaycanın daxili işlərinə qarışdığını bildirərək hər iki ölkənin siyasətini sərt tənqid etdi. Azərbaycanın Kanada ilə sıx əlaqələri yoxdur. Ancaq Azərbaycanın Fransa ilə sıx əlaqələri var idi. Emmanuel Makron Fransa prezidenti seçildikdən sonra bərətərfli qaydada Ermənistanı müdafiə etdi. O, İrəvana getdi, Bakıya gəlmədi. Bundan başqa Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir neçə dəfə Parisə səfər etmişdi. Qarşılıqlı səfərlərdə məqsəd ikitərəfli əməkdaşlığı genişləndirmək idi. Başqa sözlə Makrona qədər Fransa-Azərbaycan münasibətlərində gərginlik yox idi. Makronun yanlış siyasəti nəticəsində iki ölkə arasında münasibətlər faktiki pozulub.

Dördüncüsü, İlham Əliyev Ermənistana mesaj yolladı: “Əgər Ermənistan Azərbaycana qarşı təxribat edərsə, onları heç kim müdafiə edə bilməyəcək, biz yenə də onları məğlub edəcəyik”. İlham Əliyev Dağlıq Qarabağa heç bir status verilməyəcəyini bir daha təkrarladı. Bu İlham Əliyevin həmsədr dövlətlərə - ABŞ, Rusiya və Fransaya mesajı idi. İlham Əliyevin Naxçıvana getdiyi gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gəldi. Beləliklə, İlham Əliyev Lavrovla statusu müzakirə etməyəcəyini Naxçıvandan elan etmiş oldu.

Beşincisi, İlham Əliyev Zəngəzur üzərindən dəmir yolunun çəkiləcəyini bir daha xatılatdı. Bu dəmir yolu Zəngilanı Naxçıvanla birləşdirəcək. Dəmir yolunun 44 kilometri Ermənistan ərazisindən – Zəngəzurdan keçəcək. İlham Əliyev Ermənistan dəmir yolunun Rusiyaya məxsus olduğunu və bu məsələnin Moskva ilə həll olunduğunu vurğuladı”.

E.Şahinoğlu vurğulayıb ki, İlham Əliyevin sonuncu cümləsi Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın seçkiqabağı mövqeyini gücləndirən amilə çevrilə bilər. Çünki Ermənistanın dəmir yollarını Rusiyaya keçmiş prezident və hazırda Paşinyanın əsas rəqibi Robert Köçəryan satıb:

“Görünür, Köçəryanın ağlına da gəlməzdi ki, Azərbaycan nə vaxtsa Zəngilana qədər torpaqları azad edəcək və onun arxalandığı Moskva Zəngəzur üzərindən dəmir yolunun bərpasına yaşıl işıq yandıracaq. Halbuki Köçəryan dəmir yolunu Rusiyaya satmasaydı, Nikol Paşinyan bu gün qətiyyətlə Zəngəzur üzərindən dəmir yolunun açılmayacağını bildirə bilərdi. Paşinyan bunu deyə bilmir, çünki dəmir yolları Ermənistana məxsus deyil. Odur ki, Köçəryana qarşı mübarizədə Paşinyan vacib arqumentə malikdir”.

Son xəbərlər

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Bütün xəbərlər