pressxeber.info
pressxeber.info

Putin-Ərdoğan görüşündə İdliblə bağlı razılaşma əldə olundu - YENİLƏNİB

43 dəfə baxılıb 17-09-2018, 21:30


 

Ərdoğanla İdlib məsələsində ciddi və razılaşdırılmış qərarla bağlı razılaşma əldə etdik. 

Ppressxeber.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra bəyan edib. 

Rusiya prezidenti türkiyəli həmkarı ilə konstruktiv danışıqlar keçirdiyini bildirib. 

Qeyd edək ki, Soçidə keçirilən danışıqlar 4,5 saat davam edib.

Konkret olaraq oktyabrın 15-dək İdlibdə müxalif qüvvələrlə Suriya ordusunun təmas xəttində eni 15-20 kilometr olan demilitarizasiya zonasının yaradılması qərara alınıb. 

16.09

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb. 

Pressxeber.info “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Ərdoğanın olduğu “CAN” təyyarəsi günorta saatlarında Soçiyə eniş edib. 

Bu dəqiqələrdə isə Türkiyə prezidenti ilə rusiyalı həmkarı Vladimir Putin arasında təkbətək görüş başlayıb. 

Xatırladaq ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönməz, maliyyə naziri Berat Albayrak, müdafiə naziri Hulusi Akar və ticarət naziri Ruhsar Pekcan Ərdoğanı Soçi şəhərində müşayiət edir. 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi