{category-title}

Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupu qondarma “erməni soyqırımı” iddiasını qınadı

 

 

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupu qondarma “erməni soyqırımı” iddiasını qınayıb.

AZƏRTAC xəbər verir ki, parlamentin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov türkiyəli həmkarı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla telefon əlaqəsi saxlayaraq, dostluq qrupunun üzvləri olan deputatlar adından ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadıqlarını ifadə edib.

Deputat Əhliman Əmiraslanov türkiyəli həmkarını aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin Milli Məclisin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop arasında olan telefon danışığı barədə məlumatlandırıb.

Əhliman Əmiraslanov bildirib ki, ABŞ Prezidenti Baydenin heç bir real tarixə və hüquqa söykənmədən 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırması qəbuledilməzdir. Saxta bir tarixə bu cür yanaşmanın heç bir hüquqi nəticəsi ola bilməz və olmayacaq. Saxta “erməni soyqırımı” iddialarını tanımaqla bir sıra siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışan mərkəzlər bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. 1915 il hadisələrinin “erməni soyqırımı” adlandırılması qərəzli və acizlik olmaqla yanaşı, həmin şəxslərin erməni lobbisinin təsiri altında olmasına da sübutdur. Bu hadisə demokratiya, insan haqları, söz və mətbuat azadlığı imitasiyaları kimi, saxta “erməni soyqırımı”nın da həmin dövlətlərin başqa ölkələrə təzyiq aləti olduğunu sübut etdi. Ancaq tarixi hadisələrin nəql edilməsini siyasi dividentlər diktə edə bilməz, çünki bu cür bəyanatlar dünyadakı onsuz da kövrək olan qarşılıqlı anlaşma və inamı sarsıdır.

“Bu cür həssas tarixi-siyasi məsələnin tarixi aspektlərini peşəkar tarixçilər tərəfindən öyrənilməsi vacibdir və Türkiyə dövləti 1915-ci il hadisələrini araşdırmağın tarixçilərin işi olduğunu, bunun üçün tarixçilərdən ibarət birgə komissiya yaratmağa, arxivləri açmağa hazır olduğunu dəfələrlə bildirsə də, erməni tərəfi yalançı soyqırımı ilə bağlı fantaziyalarının iflasa uğramasından qorxaraq bu təklifdən imtina edib”, - deyən deputata bildirib ki, Azərbaycan hər mənada qardaş Türkiyənin yanındadır.

Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir. Dövlətimizin başçısı söylədiyi kimi, “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”.

 

Son xəbərlər

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Bütün xəbərlər