{category-title}
Gündəm / Cəmiyyət
12.04.2021, 11:28
Rektor və əməkdaşlar koronavirusa yoluxdu: Dərslər dayandırıldı
Azərbaycan Milli Konservatoriyada dərslərin distant formada keçirilməsi qərara alınıb.
Buna səbəb ali məktəbin rektor və əməkdaşları arasında koronavirusun (COVID-19) yayılmasıdır.
Dərslər iki həftə ərzində distant formada davam etdiriləcək.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Oxu.Az-a açıqlamasında bildirib ki, artıq bir həftədir ki, koronavirusa yoluxub:
“Səhhətim yaxşıdır. Yavaş-yavaş düzəlirəm”.