{category-title}

Azərbaycan çörək imtahanından necə çıxacaq? - Rusiya buğdanın ixrac rüsumunu artırdı

 

Martın 1-dən etibarən Rusiya buğdanın ixrac rüsumunu iki dəfə artıraraq bir tonu üçün 50 avroya çatdırıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bununla bağlı fərman 2021-ci il yanvarın 26-da imzalanıb. Yeni rüsumlar bu ilin iyunun 1-dək qüvvədə olacaq. İyunun 2-dən etibarən isə dəyişkən ixrac rüsumu tətbiq ediləcək.

Bəs, maraqlıdır Rusiyanın bu addımının Azərbaycana təsiri necə olacaq? Azərbaycanın işğaldan azad edilmiş ərazilərində taxıl əkilirmi?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini, aqrar sahə üzrə ekspert Ramil Hüseyn Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə tarixən formalaşmış ərzaq istehlakı modelində çörək və çörək məhsullarının istehlakı mühüm yer tutur: "Bu baxımdan Azərbaycanın ərzaq təhlükəsizliyi konsepsiyasında da ərzaqlıq buğda ilə özünü təminat səviyyəsinin yüksəldilməsi məsələsi önə çıxır. Son illər ölkəmizdə ərzaqlıq buğda istehsalının artırılması istiqamətində kompleks işlər görülür və dövlət tərəfindən bu sahənin inkişafı subsidiyalaşdırılır".

O bildirib ki, Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminat səviyyəsi 60 faiz ətrafındadır və ölkəmiz bu sahədə idxaldan asılıdır:

"İşğaldan azad edilən ərazilərimizin təsərrüfat dövriyyəsinə cəlb edilməsi idxaldan asılılığın aradan qaldırılması istiqamətində mühüm rol oynayacaq. Ermənistan tərəfi işğal etdikləri ərazinin təxminən 90-100 min hektarlıq sahəsində taxıl becərdiklərini bəyan edirdi və hazırda həmin ərazilərin 70 faizindən çoxu Azərbaycan Ordusunun nəzarətinə keçib. Azərbaycan Ordusu əraziləri işğaldan azad etdikdən dərhal sonra həmin sahələr təsərrüfat dövriyyəsinə cəlb edilməyə başlayıb. İlk olaraq Cəbrayıl rayonu ərazisində 7 min hektar sahədə taxıl bitkisi əkilib. Yaz əkinlərinin davam edəcəyi, 20-25 min hektar sahədə taxıl əkiləcəyi proqnozlaşdırılır. Növbəti illərdə bu sahələrin daha da artırılması istiqamətində iş aparılacaq".
Ekspertin sözlərinə görə, orta müddətli dövrdə işğaldan azad edilmiş ərazilərimizin təsərrüfat dövriyyəsinə cəlb edilməsi nəticəsində kənd təsərrüfatında ümumi məhsul istehsalının 10 faiz artacağı proqnozlaşdırılır:

"Həmin ərazilərin təsərrüfat dövriyyəsinə cəlb edilməsi xüsusən də heyvandarlığın inkişafına töhfə verəcək. Eyni zamanda buğda ilə özünütəminat səviyyəsinin yaxşılaşdırılması istiqamətində nailiyyətlər əldə oluna bilər. Hesablamalar göstərir ki, həmin ərazilərdə buğda istehsalının artması nəticəsində Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin 70-75 faizə çatması mümkündür. Hazırda həyata keçirilən siyasət də bu istiqamətdə qarşıya qoyulan hədəflərə nail olunacağını göstərir. Eyni zamanda Azərbaycanda iri təsərrüfatların yaradılması da buğdada məhsuldarlığın artırılmasına hesablanıb. Və qarşıdakı illərdə bu istiqamətdə daha yaxşı nəticələrin əldə edilməsi mümkündür".
"Ötən ilin rəqəmlərinə baxdıqda isə bizə aydın olur ki, hazırda əsasən ərzaqlıq buğdanı Rusiyadan idxal edirik. Belə ki, 2020-ci ildə 297 milyon ABŞ dolları dəyərində 1,3 milyon ton həcmində ərzaqlıq buğda Rusiyadan idxal edilib. İdxal edilən buğdanın orta qiyməti 216 ABŞ dolları olub. Azərbaycan ərzaqlıq buğdanın 98 faizindən çoxunu Rusiyadan idxal edib. Həmçinin cüzi miqdarda Qazaxıstandan da idxal həyata keçirilib", - deyə o qeyd edib.

Ekspert bildirib ki, 2020-ci ildə və 2021-ci ilin yanvar ayında dünya bazarında ərzaqlıq buğdanın qiymətində artım müşahidə olunub: "Şübhəsiz ki, bu da öz təsirini idxala göstərir. Azərbaycan hökuməti qabaqlayıcı tədbir olaraq 2021-ci ilin fevral ayının 1-dən may ayının 1-dək un istehsalçılarına satdıqları hər ton una görə 35 manat subsidiya verməyi qərarlaşdırıb. Bu qərar eyni zamanda ölkə daxilində unun qiymətinin artmamasına xidmət edir. Digər tərəfdən Azərbaycanda Dövlət Taxıl Fondu yaradılıb. Dövlət Taxıl Fondu da zəruri hallarda bazara məhsul təklif edir və bu sahədə qiymət artımının qarşısını almaq istiqamətində fəaliyyət göstərir".

"Azərbaycanın ərzaq təhlükəsizliyi konsepsiyasının tərkib hissəsi olaraq əhalinin un və un məmulatları ilə təminatı, xüsusən də çörək istehsalçılarına davamlı olaraq un təminatı istiqamətində işlər aparılır. Bu istiqamətdə son illər ölkə bazarında da sabitliyin qorunub saxlanması görülən işlərin əyani nəticəsidir. 2020-ci ildə quraqlıq buğda istehsalına müəyyən təsir etsə də 2021-ci illə bağlı proqnozlar daha müsbətdir. Belə ki, ölkədə buğda istehsalı artacaq. Ümumiyyətlə, 2021-ci ildə qlobal bazarda da daha çox buğda təklif olunacağı gözlənilir. Dünyada da buğda istehsalının artması ilə bağlı proqnozlar var. Bu isə onu deməyə əsas verir ki, görülən tədbirlər Azərbaycanda un və un məmulatlarının qiymətində kəskin dəyişmələrin qarşısını almağa yönəlib və hər hansı bir kəskin dəyişmələr proqnozlaşdırılmır", - deyə mütəxəssis əlavə edib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika Departamentinin müdiri Səadət Hacıyeva Sputnik Azərbaycan-a deyib ki, 2020-ci ildə Azərbaycanın cəmi buğda idxalı 1 milyon 365.1 min ton olub: "Bunun da 1 milyon 349.8 min tonu Rusiyanın payına düşüb. Ötən il Azərbaycanın cəmi buğda idxalında 13.9% azalma olub. Azərbaycanın Rusiyadan buğda idxalının həcmi isə 3 faiz çoxalıb".

Son xəbərlər

Taksi sürücülərinə - Xəbərdarlıq

Bayram günü leysan yağacaq

Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı açıqlanıb

İran İrəvandakı bu tarixi abidəmizi mənimsəyir - Foto

Nazirlik bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Mehriban Əliyevadan İlaxır çərşənbə ilə bağlı PAYLAŞIM

Bu gün sonuncu çərşənbədir

“Bundan sonra bura Zəfər meydanıdır”

Başsağlığı

Prezident xalqı təbrik etdi

“Bu il bu proses davam edəcək”

Novruzda da bu küçələr avtomobillər üçün bağlı olacaq

Hər bir çağırış sülhün, təhlükəsizliyin təmin edilməsinə yönəlib

“Trabzonspor” – “Fənərbaxça” oyununa görə 12 nəfər saxlanıldı

“Azərbaycan-Rusiya münasibətləri sabit inkişafı ilə seçilir”

NATO Baş katibinin Azərbaycana səfəri başa çatdı

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib

Texniki müayinə mərkəzləri bayram günlərində işləyəcək - DYP

Bəzi sayt rəhbərləri Aydın Polat haqqında şantaj xarakterli yazı yazanda yaxşı-yaxşı fikirləşin

Yaz fəslinin Azərbaycana daxilolma vaxtı AÇIQLANDI

Putindən seçki açıqlaması: Bu, məni təəccübləndirdi

Anar Rzayev hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Əli Əsədov qərar imzaladı

NATO qoşunları Ukraynaya girsə, III Dünya müharibəsi başlayacaq - Nazir

Bütün xəbərlər