{category-title}

 

İllik gəliri 27 milyard dollar olan şirkət Azərbaycanda filial açdı

 

Dünyanın ən nəhəng telekommunikasiya şirkətlərindən biri olan Yaponiyanın “NEC Corporation” (Nippon Electric Company) şirkəti Azərbaycanda filial açıb.

Yeni açılan şirkət “NEC Corporation”un Türkiyədəki törəmə şirkətinin - “Nec Telekomünikasyon ve Bilgi Teknolojileri Limited Şirketi”nin filialı kimi fəaliyət göstərəcək. 29.01.2021-ci il tarixində dövlət qeydiyyatına alınan filial Yasamal rayonu, Bəşir Səfəroğlu, ev 133 ünvanında yerləşəcək və qanuni təmsilçisi Tomokı Saka olacaq.

Məlumat üçün bildirək ki, “NEC Corporation” telekommunikasiya avadanlığı istehsal edən dünyanın ən nəhəng şirkətlərindən biridir. Şirkət 1899-cu ildə Tokioda açılıb. Fəaliyyətinin ilk illərində NEC telefon avadanlıqlarının istehsalı ilə məşğul olub. Lakin 1920-cu ildən başlayaraq, şirkət praktiki olaraq bütün istiqamətlərdə kommunikasiya sahəsində işləməyə başlayıb. Bu şirkət dünyanın ən böyük 500 şirkəti rasında yer alır. 2019-cu ildə NEC-in gəlirləri 27 milyard dollar olub. Şirkətdə 110 min insan çalışır.

NEC şirkəti Türkiyədə 1960-cı ildən fəaliyyıt göstərir. NEC Türkiyənin telekommunikasiya bazarındakı əsas şirkətlərdən biri hesab olunur. Xüsusilə, simsiz telekomunikasiya avadanlıqlarının əsas tədarükçüsü hesab olunur. Bundan əlavə, peyk rabitə sistemləri, televiziya vericiləri, aviasiya radar sistemləri, avtomatik barmaq izi tanıma sistemləri kimi müxtəlif istiqamətlərdə fəaliyyəst göstərən əsas şirkət hesab olunur. //Yeniavaz

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər