{category-title}

Baş infeksionist: “Pandemiya dövründə immun sistemi zəif olanlar daha çox əziyyət çəkir”

 

Qış mövsümündə yuxarı tənəffüs yolları infeksiyalarına 3-4 dəfə yoluxmaq zəif immunitet sisteminin ən bariz göstəricisidir. Ümumiyyətlə infeksiyalara həssaslıq zəif immuniteti göstərir.

Bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov 1 mart Ümumdünya İmmunitet Günü ilə bağlı müsahibəsində deyib.

O bildirib ki, immunitet genetik quruluşludur və ümumi bədən quruluşu kimi bir çox fərqli səbəbdən hər kəsdə dəyişir:

“Beləliklə, hər kəsin bir immunitet sistemi xəritəsi var. Həddindən artıq yorğunluq, stres və ya qeyri-düzgün qidalanma, şəkərli diabet, xərçəng və ürək xəstəlikləri kimi bir çox amillər immun sistemini zəiflədir. İmmun sisteminin zəiflədiyinin ən aşkar göstəricisi insanın tez-tez infeksion xəstəliklərə yoluxmasıdır.

Xüsusilə, hazırda yaşadığımız pandemiya dövründə immun sistemi zəif olan insanların xəstəlikdən daha çox təsirləndiyi görünür. Yaşlanma ilə əlaqədar bədənimizdəki biokimyəvi funksiya pozğunluqları hüceyrələrdən orqanlara qədər bir çox proseslərdə dəyişikliklərə səbəb olur. Bu mürəkkəb dəyişikliklərlə immun sistemi təbii olaraq qocalır. Buna görə yaşlı insanlara daha çox diqqət yetirmək lazımdır”.

“İmmunitet bədənin təbii müdafiə sistemidir. Bədəni yad orqanizmlərdən qorumaq üçün birlikdə işləyən kompleks hüceyrə, toxuma və orqan şəbəkəsidir. İmmun sistem bədənə daxil olmağa çalışan bütün maddələri tanıyır, ayırır və zərərli gördüklərini məhv edir. Zülallar və amin turşularının quruluşlarına çox bənzər maddələri belə ayırd edə biləcək qədər həssaslığa malikdir.

Qoruyucu immunoqlobulinlər ana südü ilə bizə keçir. Daha sonra, insanın immun sistemi inkişaf etdikcə anticisim istehsal etməyə başlayır. Ana südünün insanı qoruması və əhəmiyyəti bundan qaynaqlanır. Növbəti illərdə bir çox amil genetik faktorlardan asılı olaraq immun sisteminə təsir edir. Lakin dərimiz qocaldığı kimi immun sistemimiz də qocalır. Buna görə yaşlı insanlar infeksiyaya tutulmağa daha çox meyillidirlər. Hətta mövsümi qrip belə onlar üçün həyati təhlükəyə çevrilə bilər”, - deyə T.Eyvazov qeyd edib.

Son xəbərlər

Ayrılan pullar bizə çatmır - Zelenski

Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır

Həmid Nurinin oğlu da İsveçdə həbs edildi

Kreml Puqaçova ilə bağlı açıqlama yaydı

“Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR

Milli Məclisin növbəti iclasının TARİXİ

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH

“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb

Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?

“Crocus City Hall” terrorunda yaralananların sayı artdı

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Bütün xəbərlər